Yuxarı

Münhendə İlham Əliyevin “bədən dili”… - Pakistanlı ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Münhendə İlham Əliyevin “bədən dili”… - Pakistanlı ekspert

Münhen debatından sonra baş nazirin reytinqi öz ölkəsində azalacaq.

Bu sözləri Axar.az-a eksklüziv açıqlamasında pakistanlı ekspert, geosiyasi və beynəlxalq münaqişələr üzrə mütəxəssis Malik Ayub Sumbal İlham Əliyevlə Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirəsini şərh edərkən deyib.

Hər iki liderin niqtini çox diqqətlə dinlədiyini vurğulayan politoloq Azərbaycan Prezidentinin debatdakı çıxışının açıq-aşkar erməni rəqibini üstələdiyini deyib:

“Azərbaycan Prezidenti İlham Əliyevin səlis ingiliscəsi və bədən dili dil maneəsi olan və demək istədiklərini yaxşı təsvir edə və ya təqdim edə bilməyən, bu səbəbdən gərgin vəziyyətə düşən Nikol Paşinyanla müqayisəolunmaz dərəcədə özgüvənli idi.

İlham Əliyev çox güclü və əsaslı dəlillərə əsaslanan çox güclü tarixi faktlarla sübuta yetirdi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və bu fakt hüququ cəhətdən də öz əksini tapıb. O, eyni zamanda günahsız azərbaycanlıları qətlə yetirənləri də xatırlatdı.

Azərbaycan Prezidenti Ermənistanın BMT qətnamələrinə əməl etməsi üçün daha çox beynəlxalq təzyiq göstərilməsini istədi və ən başlıcası, Dağlıq Qarabağın müstəqil ölkə olmadığını və ATƏT-in Minsk Qrupu həmsədrlərinin onu Ermənistanın tərkib hissəsi kimi tanımadığını bütün dünya ictimaiyyəti önündə xatırlatdı”.

Politoloq qeyd edib ki, Ermənistanın Baş nazirinin bu cür səriştəsizcəsinə debatda məğlub olmasına görə ölkəsinə geri qayıdarkən İrəvanda böyük təzyiqlərlə üzləşəcəyini düşünür:

“Paşinyan Dağlıq Qarabağın qanunsuz işğalı ilə bağlı erməni mövqeyini heç cür müdafiə edə bilmədi. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə debatda əks-arqumentləri məntiqli deyildi və bunun obyektiv düşüncəli bir şəxsin fikirləri olduğuna inanmaq çətindir.

Erməni siyasəti antiazərbaycan ritorikasına və nifrətinə söykənir, buna görə də Münhen debatından sonra Paşinyanın reytinqi öz ölkəsində azalacaq”.

Tarix
2020.02.17 / 13:38
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Dünya liderləri İlham Əliyevi təbrik edir

Bakı ilə əlaqələrə xüsusi önəm veririk - Yunanıstan prezidenti

Almaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi - Video

Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir

İsrail səfirliyi Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

“Arvad”dan hürkən deputata ər cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla