Yuxarı

Kolumbiyalı senatordan İlham Əliyevə məktub

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kolumbiya Senatının vitse-prezidenti Teresita Qarsia Romero Xocalı soyqırımının ildönümü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

AzərTAc xəbər verir ki, məktubda deyilir: "Çox hörmətli cənab Prezident. Sizi ürəkdən salamlayır, ölkənizin inkişaf və quruculuq işlərində müvəffəqiyyət diləyir və çiçəklənərək Kolumbiyanın inkişafına nümunə olan Azərbaycan Respublikasına öz səmimi arzularımı çatdırıram.

Eyni zamanda, bu mühüm tarixdə Dağlıq Qarabağ ərazisində törədilmiş Xocalı soyqırımına görə Azərbaycan xalqı ilə həmrəy olduğumuzu Sizə bildirirəm. Bu hadisə bütün millətin həyatına sirayət etmişdir.

Kolumbiya 50 ildən çox münaqişənin hökm sürdüyü bir ölkə olaraq, öz həmvətənlərinin həyatlarını itirməsi ağrısını yaxşı anlayır və bu gün Prezident Santosun təşəbbüsü ilə başlayan sülh prosesinin gözəl nəticələnəcəyinə ümid artmışdır.

Bu mənada bu acı hadisəni törədənləri rədd edir və Xocalı soyqırımının ildönümü ərəfəsində Azərbaycan xalqı ilə bir olduğumuzu ifadə edir, həmçinin sülhə doğru yolu tapacağınıza ümid edirik".

Tarix
2015.02.23 / 14:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla