Yuxarı

Erməni ordusunda müəmmalı ölümlərin səbəbi – Polkovnik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar erməni mediasında Ermənistan ordusunda mövcud olan ölüm halları haqda çoxsaylı materiallar çap olunur.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Ermənistan ordusunda baş verən müəmmalı ölüm hallarını şərh edərkən deyib. Ekspert bildirib ki, Ermənistan cəmiyyətində gedən iqtisadi-sosial proseslər orduda da özünü büruzə verir:

“Erməni ordusunda ölüm hallarının artmasının bir səbəbi də Dağlıq Qarabağ erməniləri ilə Ermənistandan gələn ermənilər arasında qarşıdurmadır. Yəni bunlar bir-birilərini qəbul etmirlər. Oradakı hərbi hissələrdə komandirlərin çoxu Dağlıq Qarabağ erməniləri, əsgərlərin əksəriyyəti isə Ermənistandan gələnlərdir. Bunların arasında bu və digər formada gərginlik yaranır. Digər tərəfdən biz bilirik ki, Ermənistan ordusunda “dedovşina” deyilən mühit var. Bu, çox gərgin bir vəziyyətdir. Bu da öz nəticəsini göstərir”.

Ş.Ramaldanovun sözlərinə görə, qış fəslinin olması da Ermənistan ordusunda çətinlikləri artırır:

“Soyuq iqlim şəraiti, təminatın aşağı olması əlavə gərginlik yaradır. Ermənistandan gələn əsgərlər Dağlıq Qarabağda xidmət etmək istəmirlər. Ermənistan cəmiyyəti heç vaxt Dağlıq Qarabağı erməni torpağı kimi qəbul etmir. İstər əsgər anaları, istər cəmiyyəti, istər müxalifəti müəyyən vaxtlarda Dağlıq Qarabağ məsələsinin həll edilməsini tələb edirlər. Onlar Ermənistan vətəndaşlarının Dağlıq Qarabağda – özlərinin sözü ilə desək, yad torpaqlarda ölməsinə razı deyillər. Bildirirlər ki, Ermənistandan olan əsgərlər öz vətənini qorumalıdır.

Həmin əsgərlər psixoloji cəhətdən bu formada tərbiyə alır, böyüyürlər. Hərbi xidmət vaxtı gəlib çatanda onlar məcburiyyət qarşısında qalırlar və müəyyən psixoloji sarsıntı keçirirlər”.

Ermənistan ordusunda qeyri-döyüş şəraitində olan itkilərin döyüş şəraitində olan itkilərdən 3 dəfə çox olduğunu deyən hərbi ekspert vurğulayıb ki, bu, həmin problemlərin dərinliyini göstərir:

“Qarabağda göndərilən erməni əsgəri bilir ki, Azərbaycan torpağındadır. Azərbaycan ordusunun və ümumilikdə ölkəmizin gündən-günə güclənməsi, mövqeyinin möhkəmlənməsi, iqtisadiyyatının inkişafı, eyni zamanda beynəlxalq statistik vəziyyətə görə ordumuzun Ermənistan ordusundan bir neçə dəfə üstünlüyünün təsdiqi nəinki ekspertlər, hətta cəmiyyət tərəfindən qəbul edilən faktlardır. Erməni əsgəri yaxşı bilir ki, bu torpaqlar gec-tez geri qayıdacaq və azad ediləcək. Ona görə də bu münasibətlər qarşılıqlı inamsızlığa, fərariliyə, bir-birinə qarşı aqressiyaya səbəb olur”.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, yanvar ayından bəri 13 erməni əsgəri qeyri-döyüş şəraitində ölüb. Bunun nəticəsi olaraq qondarma Qarabağ rejiminin “müdafiə naziri” istefa verib.

Tarix
2020.02.18 / 14:47
Müəllif
Samir Soltanov
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla