Yuxarı

Bu ölkədəki Azərbaycan bankının sahibi dəyişdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkədəki Azərbaycan bankının sahibi dəyişdi

Monteneqroda fəaliyyət göstərən Azərbaycana məxsus “Nova Banka Polgorica” SC-nin (əvvəllər “Azmont Bank”) sahibi dəyişib.

Axar.az xəbər verir ki, Kumbor şəhərində yerləşən “Azmont İnvestments LLC” şirkəti bankı tam həcmdə ABŞ-ın Uilminqton şəhərində yerləşən “Adriatic Capital LLC” şirkətinə satıb.

299 511 761 ədəd səhmin satışı Monteneqro Fond Birjasında həyata keçirilib.

Alqı-satqı predmeti olan bankın 2019-cu il üzrə maliyyə göstəriciləri məlum olmasa da, 2018-ci ildə 4,6 milyon avro zərərlə işlədiyi məlumdur. Auditor rəyinə görə, 2019-cu ilin əvvəlinə kredit təşkilatının nizamnamə kapitalı 12 milyon avroya yaxın olub. Başa çatmış il ərzində bankın aktivləri 14,6% artaraq 25,9 milyon avroya çatıb. Həmçinin bankın kredit zərfi də il ərzində 18,5% artaraq 12,8 milyon avroya çatıb. Bunun 10,3 milyonu korporativ sektora ayrılıb, qalan məbləğ də istehlak kreditlərinin payına düşür.

“Nova Banca Podgorica” 2012-ci ildə sahilyanı Kumbor şəhərində “Portonovi” turizm kompleksi tikmək məqsədilə “Azmont İnvestments” və “Azerbaijan Global İnvestments” şirkətləri təsis edib. Bu təsisatın başqa bir səbəbi kimi “Şahdəniz-2” layihəsi çərçivəsində Avropaya təbii qaz ixracını nəzərdə tutan Trans Adriatik Boru Kəməri (TAP) layihəsinin reallaşdırılması göstərilir. Bu layihə çərçivəsində Azərbaycan və Monteneqro hökumətləri arasında anlaşma memorandumu imzalanıb.

Qeyd edək ki, “Azmont İnvestments”in ana şirkəti olan “Azerbaijan Global İnvestments” LLC-nin səhmdarları “Pasha Development”, “Ata Holding”, “Synergy Group” şirkətləridir.

Tarix
2020.02.19 / 19:31
Müəllif
Axar.az
Digər xəbərlər

Hörmüz bağlandı – Tramp dərhal hərəkətə keçdi

Kobaxidzedən Paşinyana: Bakı ilə əlaqələr...

İlham Əliyev bu məqsədlə İran səfirliyinə getdi - Foto

Trampdan müjdə: Təbrizin istəmədiyi layihəni rədd etdi

Yaponiyanın Bakıdakı səfirliyi fəaliyyətini bərpa etdi

Azərbaycan buna görə dünyada birinci yerdədir

Fransa Azərbaycana təşəkkür etdi

Əgər Xəzər çətin vəziyyətdədirsə... - Leyla Əliyeva

İranda dəqiq zərbələr: növbə məscidlərindir?

Əli Əsədov Mişustinlə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla