Yuxarı

Ermənilər vəhşilikdə faşist qardaşlarını keçiblər - Mixaylov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Etnik münaqişələr üzrə ekspert, “Jurnalist araşdırması” proqramının müəllifi və aparıcısı Yevgeni Mixaylovun Axar.az-a müsahibəsi:

- Azərbaycanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olundu. Bir araşdırmaçı kimi deyin, o illərdəki hadisələrin detalları, Qarabağ müharibəsi zamanı erməni vəhşilikləri ilə tanışsınız?

- Qarabağ müharibəsini onu yaşayanlardan daha peşəkarlıqla şərh etmək mənə çətindir. Ancaq hər halda, açıq və müstəqil mənbələrdən alınan məlumatlara arxalanaraq əminliklə deyə bilərəm ki, bu münaqişədə erməni yaraqlılarının istifadə etdiyi metodlar qeyri-insani idi. Müharibədə həmişə qurbanlar olur, amma mülki vətəndaşlar, uşaqlar, qocalar, qadınların ölməsi dəhşətdir. Bu münaqişədə ermənilərin açıq-aşkar etnik təmizləmə ilə məşğul olmasını sübut edən çox sayda sübut var və bu, bir həqiqətdir. Əgər ermənilər bunun əksini sübut etməyə çalışsalar, heç nəyi ört-basdır edə bilməyəcəklər. Əlbəttə, Qarabağ separatçıları özlərinə haqq qazandıra bilərlər ki, bunu xalqlarının böyüklüyünü müdafiə etmək üçün ediblər. Amma biz bilirik ki, bu yalandır. Azərbaycanlılara qarşı sadəcə soyqırım törədiblər və bunu ermənilərə heç kim bağışlamayacaq.

- Paşinyan bir neçə gün öncə Xocalı soyqırımının günahkarı kimi rusları ittiham edən status paylaşmışdı. Bu barədə nə düşünürsünüz?

- Ruslar sadəcə olaraq buna qadir deyillər. Məhz erməni yaraqlıları hamilə qadınların qarınlarını yardılar, uşaqları payaya keçirdilər. Ermənistanda, hazırda faşist minionlarının kütləvi qəhrəmanlaşdırılması da başlayıb. Görünür, erməni yaraqlıları öz faşist qardaşlarından öyrəniblər, amma mənim fikrimcə, onları qəddarlıqda ötüb keçmək istəyiblər. Və bu onlarda tez-tez alınır.

- Siz həmişə yalnız faktlara söykənirsiniz. Xocalı faciəsinin məhz ermənilər tərəfindən törədildiyini sübut edən faktlar yetərli qədərdirmi?

- Xocalı soyqırımında birbaşa ermənilərin iştirakına dair çoxlu sayda faktlar və sübutlar var və bunlar danılmazdır. Problem ondadır ki, ermənilər tərəfindən bunu başqalarının üstünə atmaq cəhdləri var. Tarixi yenidən yaza bilməzsiniz, amma vəhşiliklərinizi etiraf etməlisiniz. Heç kimə sirr deyil ki, Ermənistanın sabiq prezidenti Serj Sərkisyan müsahibələrində dinc azərbaycanlıların etnik təmizlənməsini və qətllərini etiraf etmişdi (S.Sərkisyanın 2000-ci ilin dekabrında Tomas de Vaala məlum müsahibəsi nəzərdə tutulur – red.) və bunu mifik erməni ərazilərinin azad edilməsi kimi "böyük məqsəd" saydığını gizlətməmişdi.

Tarix
2020.02.27 / 09:13
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik…

Bakı ilə danışıqlarda müsbət irəliləyişlər var - Paşinyan

Ermənistan “Azərbaycan casusu”na 18 il həbs verdi

Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı

Mişa çağırış etdi: Bəsdir rəqs etdiniz, mübarizə aparın!

Bu ölkələr COP29-da birləşməlidir - Quterreş

Qazaxın azad olunan kəndlərindən - Foto

Bu məsələlər üzərində iş gedir - COP29 sözçüsü

Əminəm ki, bu müzakirələr səmərəli əməkdaşlığa yol açacaq

Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla