Yuxarı

Koronanın iqtisadi zərərinə qarşı 4 İşçi Qrup yarandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

21:17

Prezident İlham Əliyevin srəncamı ilə koronavirusun iqtisadi-sosial təsirlərini neytrallaşdırmaq üçün 4 İşçi Qrup yaradılıb.

Axar.az xəbər verir ki, İqtisadiyyat nazirinin rəhbərliyi ilə çalışacaq İşçi Qrup pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirəcək.

Bu İşçi Qrupa pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin və bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin (bundan sonra – fiziki şəxslər) siyahısını müəyyən etmək üçün müvafiq meyarları təsdiq etmək, pandemiyanın yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirini azaltmaq, habelə bu dövrdə ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərmək məqsədilə müvafiq təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək və s. tapşırılıb.

Digər İşçi Qrup Maliyyə nazirinin rəhbərliyi ilə çalışacaq. Bu İşçi Qrup Azərbaycan Respublikasında fəaliyyət göstərən pandemiyadan zərər çəkməsi ehtimal olunan sahibkarlıq subyektlərinə dövlət dəstəyi üçün 25 gün müddətində müvafiq təkliflər hazırlayacaq və Nazirlər Kabinetinə təqdim edəcək.

Üçüncü işçi qrup Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyində çalışacaq. Bu İşçi Qrup pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına ehtimal olunan mənfi təsirindən ölkədə yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həlli məqsədilə müvafiq təkliflər hazırlayacaq. İşçi Qrup pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrində çalışan muzdlu işçilərin sosial müdafiəsi və onlara dövlət dəstəyinin göstərilməsi, yaxın və orta müddətdə məşğulluq tədbirlərinin gücləndirilməsi, ölkə əhalisinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı təkliflərini təqdim edəcək.

Dördüncü İşçi Qrup Mərkəzi Bankının sədrinin rəhbərliyində işləyəcək. Bu İşçi Qrup pandemiya şəraitində Azərbaycan Respublikasında makroiqtisadi sabitliyin qorunub saxlanması məqsədilə əlavə tədbirlər görülməsinə dair təkliflər hazırlayacaq.

Nazirlər Kabineti bu İşçi qrupların tərkibini iki gün müddətinə təsdiqləməlidir.

Tarix
2020.03.19 / 21:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla