Yuxarı

Qadın sahibkarlardan Prezidentin çağırışına dəstək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər çərçivəsində Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması haqda fərman imzalayıb. Prezidentin fərmanı elan olunar-olunmaz ölkə ictimaiyyəti bu təşəbbüsü yekdilliklə dəstəkləyib.

Axar.az Sosium.az-a istinadən xəbər verir ki, təşəbbüsə ilk qoşulan təşkilatlardan biri də Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasıdır (AQSİA). AQSİA-nın sədri, “Bakı Tekstil Fabriki” MMC-nin rəhbəri Səkinə Babayeva xalqmızın sağlamlığı və təhlükəsizliyinə görə imzalanan vacib qərara görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib:

"Bu qədər həssas, operativ münasibətə və qayğıya görə cənab Prezidentə sonsuz təşəkkürümü bildirirəm. Əlbəttə, bu çağırışa qoşulmaq belə bir məsuliyyətli dönəmdə hər birimizin vətəndaşlıq borcudur. Belə taleyüklü məsələdə dünyanı ağuşuna alan bu bəlaya qarşı cənab Prezidentimizin qeyd etdiyi kimi bir yumruq kimi birləşməliyik.

Biz də AQSİA olaraq yeni yaradılan fondun bank hesabları bəlli olan kimi müəyyən miqdarda pul ödəyəcəyik. Bütün sahibkarları bu təşəbbüsə qoşulmağa çağırıram. İnanıram ki, bizim müdrik xalqımız öz böyüklüyü ilə bu imtahandan da alnıaçıq çıxacaq".

Tarix
2020.03.20 / 11:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla