Yuxarı

“Xəzərdə ikinci Qarabağ törətməyə hazır qüvvələr var”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xəzərin statusunun daxili göl olaraq hələ də beş dövlət tərəfindən razılaşdırıla bilinməməsi təəssüf hissi doğurur".

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, millət vəkili Zahid Oruc deyib. O bu yolda ilk əsas siyasi-iqtisadi addımın məhz Azərbaycan tərəfindən atıldığını bildirib:

"1994-cü ildən başlayan həmin kurs sonrakı dövr Qazaxıstan və Rusiyanın bu istiqamətdə mövqeyini xeyli yumşaldaraq ölkələrarası konsensus əldə etməyə şərait yaradıb. Eyni zamanda bu kurs Türkmənistan və İranı bəlli məsələlər üzrə tutduqları kəskin mövqedən uzaqlaşdıra bildi. Bir il öncə beş ölkənin rəhbərliyi səviyyəsində baş tutan Xəzər sammitində status məsələsinin demək olar ki, tam razılaşdırılması haqqında bəyanatlar da yayımlanmışdı. Hətta Putin orada dövlətlərin qapalı su hövzəsinə xarici hərbi birləşmələri buraxmayacaqlarına, militaristləşmə siyasətinin yürüdülməyəcəyinə dair razılıqların əldə olunduğunu da bildirmişdi. Sektorial bölgəyə razı olmayan yeganə tərəf hazırkı dövrdə İrandır. Çünki 1940-cı ildə imzalanmış məlum sənədin itkiləri ilə qonşu ölkə qəti şəkildə razılaşmaq istəmir. Bununla bərabər, İranla Azərbaycan, Qazaxıstanla İran arasındakı əlaqələrin kifayət qədər inkişaf etməsi, mübahisə və soyuqluq doğuran hadisələrin aradan qalxması onu deməyə əsas verir ki, növbəti görüşlər uğurla keçiriləcək və ümidvaram ki, Xəzərdə hər bir ölkənin dəqiq sərhədini görə biləcəyik".

Millət vəkili indinin özündə də Xəzərdə ikinci Qarabağı törətməyə hazır olan dairələrin olduğunu bildirib:

"Hər bir ölkənin su hövzəsi onun torpaq ərazisinin ayrılmaz hissəsidir. O da bəllidir ki, əslində, Xəzərdə ikinci Qarabağ törətməyə hazır olan dairələr var. Elə Qarabağ münaqişəsinin mayasında Xəzərin nefti az rol oynamayıb. Ona görə də keçmişdə məlum enerji layihələri ilə bağlı atılan addımlar bu gün Xəzəri sülh-əməkdaşlıq dənizinə çevirməlidir. Hesab edirəm ki, növbəti danışıqlar Azərbaycanın addımları sayəsində nəhayət beş ölkənin vahid bir sənədinin imzalanmasına əsas verəcək. Xəzər ayıran deyil, birləşdirən dəniz olmalıdır. O cümlədən təhlükəsizliyin təminatı, iqtisadi, su nəqliyyatı kimi mühüm tranzit imkanlarının istifadəsi və bu ölkələr arasında əməkdaşlıq formatı baxımından mühüm rol oynamalıdır".

Qeyd edək ki, martın 4-5-də Bakıda Xəzər məsələləri üzrə xüsusi işçi qrupunun 5 Xəzəryanı dövlətin Xarici İşlər nazirlərinin müavinləri səviyyəsində növbəti iclası baş tutacaq. İclasda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya mətni üzrə işlər davam etdiriləcək.

Tarix
2015.03.04 / 10:31
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Azərbaycanla Somali arasında məsləhətləşmələr aparıldı

İnam Kərimov Keniyada Koomeninlə görüşdü

Prezidentin xüsusi nümayəndələrinin sayı artdı

Azərbaycanda bu iki nazir postu boşdur

Qazaxlı Alikin oğlunun məhkəməsi təxirə salındı - Səbəb

Muxtar Babayev vəzifəsindən azad edildi

Ağır günlərdə Türkiyənin ətrafında səfərbər olduq

Rusiya AZAL təyyarəsi ilə bağlı biabırçı bəyanatını "düzəltdi"

İlham Əliyev Ərdoğana məktub ünvanladı

Qəza ilə bağlı ilkin hesabat - Kremlin şərhi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla