Yuxarı

Pakistan korona dəhşəti yaşaya bilər – Şok səbəblər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçən həftə Pakistan Prezidenti Arif Alvi və əyalət qubernatorları ölkədə sürətlə artan koronavirus fonunda sünni və şiə ruhaniləri ilə görüş keçirərək, onları ölkədə camaat namazı qılınmaması üçün məscidləri bağlamağa çağırıb.

Axar.az xəbər verir ki, din xadimləri bu tələbi rədd edib.

“Heç bir şəkildə məscidləri bağlaya bilmərik... İslam ölkəsində heç bir halda bu mümkün deyil”, – deyə iclasda iştirak edən bir din xadimi etiraz edib.

Din xadimlərinin kollektiv namazlardan çəkinməməsi Pakistan hökumətinin ölkədə ən azı 25 nəfərin ölümünə səbəb olan və 2000 insana yoluxan pandemiya ilə mübarizəsini şübhə altına alıb. Martın əvvəlində, Pakistanda koronavirus xəstələrinin nisbətən daha az olduğu bir zamanda federal hökumət İrandan gələn şiə zəvvarların Bəlucistan əyaləti vasitəsilə ölkəyə qayıtmasına icazə verib. Zəvvarlar lazımi karantində saxlanılmayıb, bu da infeksiyanın ölkə ərazisində yayılması ilə nəticələnib.

Həmçinin, hökumət minlərlə sünninin Pubcab əyalətindəki "Təbliği Camaat" toplanışında iştirakına icazə verib. Yeni koronavirus həmin kütləvi toplantıdan sonra sürətlə yayılmağa başlayıb.

Səhiyyə mütəxəssisləri Pakistanda koronavirus xəstələrinin sayının yaxın həftələrdə sürətlə artacağını iddia edir və hökumətin tədbirlərinin qeyri-kafi olduğunu söyləyirlər.

Din xadimlərinin itaətsizliyi

Bir çox pakistanlı dinin hər şeydən daha önəmli olduğunu söyləyərək namazı yalnız evlərində qılmaqdan imtina edib.

“Mən cümə günü məsciddə namaz qıldım. 300 nəfərdən çox adam iştirak edirdi və bu adi cümə namazlarından heç nə ilə fərqlənmirdi”, – deyə İslamabadda köşk sahibi olan Məhəmməd Əşrəf mediaya danışıb.

“Məscid təhlükəsiz bir yerdir. Koronavirusdan qorxmuram”, – deyən Əşrəf növbəti cümə namazında da iştirak etmək istədiyini açıqlayıb.

Bir çox islam ölkəsi koronavirusun yayılmasının qarşısını almaq üçün məscidləri bağlayıb və kütləvi namaz qılmağı qadağan edib. Hətta Səudiyyə Ərəbistanı islamın ən müqəddəs yerini - Kəbəni və digər müqəddəs məscidləri bağlayıb. Lakin bütün bu nümunələr bir çox pakistanlı üçün kifayət deyil.

“Pandemiya günahlarımız və islamın təlimlərinə tabe olmadığımız üçün yayılır. İnsanlar hələ də supermarketlərə gedir, ancaq dövlət yalnız məscidləri bağlamaq istəyir. Məscidlərdə namaz qılmağa davam edəcəyik”, – deyə “Təhrik-i Ləbbeyk” islamçı partiyasına mənsub din xadimi Ecaz Əşrəfi bildirib.

Federal Elm və Texnologiya naziri Favad Çaudari mediaya verdiyi açıqlamasında koronavirusun Pakistanda din xadimlərinin məlumatsızlığı səbəbindən yayıldığını deyib.

Hüquqşünaslar bildirir ki, hökumət onun əmrlərini rədd edən ruhanilərə qarşı ciddi addımlar atmalıdır.

“Qanunda açıq şəkildə bildirilir ki, xəstəlikləri qəsdən yayan hər kəs həbs olunmalı və ya cərimələnməlidir. Baş nazir İmran Xanın hökuməti tamamilə çarəsiz görünür”, – İslamabaddan olan hüquqşünas Üsamə Malik bildirib.

Xan karantin tətbiq etmək istəmir

Bazar ertəsi günü Baş nazir İmran Xan televiziyada bir çıxışında xalqa müraciət edib və ölkədə karantin elan etməyə ehtiyac olmadığını deyib.

“Hökumətin bütün şəhərləri bağlaya bilər, amma buna ehtiyac yoxdur. Çünki belə etsək, ölkə əhalisinin ən azı 25%-i aclıqdan ölər” – deyə baş nazir açıqlayıb.

Səhiyyə mütəxəssislərinin sözlərinə görə, xəstəliyi ciddi qəbul edilməməsinin səbəbi insanlar arasında koronavirus haqda müfəssəl məlumatın olmamasıdır.

“Karantin virusun yayılmasının qarşısını almağın yeganə yoludur. Ölkədə dini iclasların qadağan edilməməsi səbəbindən önümüzdəki həftələrdə virusa yoluxmaların artması gözlənilir. Ruhanilər vəziyyətin ciddiliyini başa düşməlidirlər", – Pakistan Tibb Dərnəyinindən doktor Qaysar Səccad açıqlayıb.

Tarix
2020.04.01 / 17:41
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla