Yuxarı

Prezidentin rezonans doğuran əfv sərəncamının hədəfi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin rezonans doğuran əfv sərəncamının hədəfi...

“Bakı Tekstil Fabriki” MMC tərəfindən qısa bir müddətdə tibbi maskaların istehsalına başlanmasını çox yüksək qiymətləndirirəm. Müəssisənin rəhbərliyinə təşəkkür etməklə yanaşı, dövlətin istehsal prosesinin sürətləndirilməsi üçün verdiyi maliyyə və texniki dəstəyi də xüsusi qeyd etmək lazımdır.

Bu sözləri Axar.az-a açıqlamasında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu gün Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılmasına münasibət bildirərkən deyib.

Q.Həsənquliyev bildirib ki, Prezidentin xüsusu diqqəti və dəstəyi olmasaydı, bu qədər tezliklə ölkədə maska, tibbi spirt və digər dezinfeksiyaedici maddələrin istehsalına başlanılması mümkün olmazdı:

“İnşallah, tezliklə biz özümüzün bu vasitələrə olan tələbatımızı tam təmin edib, cənublu qardaşlarımıza və digər ehtiyacı olan ölkələrə də yüksək keyfiyyətli maska və digər məhsullar ixrac edəcəyik.

Ümid edirəm ki, Prezidentin 19 mart 2020-ci il tarixində imzaladığı sərəncamın icrası ilə bağlı Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixdə qəbul etdiyi Tədbirlər Planı qısa müddətdə icra oluncaq, ciddi iqtisadi islahatlara təkan vermək məqsədilə yaradılan Azərbaycan İnvestiya Holdinqi və Azərbaycan İnşaat Korporasiyası bu istiqamətdəki gözləntiləri reallığa çevirəcəkdir. O zaman biz neft sənayesindən asılılığa son qoyub daha güclü iqtisadiyyata sahib olacağıq”.

Qüdrət Həsənquliyev Prezidentin bu gün imzaladığı yüksək humanizm nümunəsi olaraq qəbul edilən və kifayət qədər rezonans doğuran əfv sərəncamına da toxunub:

“Bundan öncə ölkədə karantin rejiminin elan olunmasını nəzərə alan məhkəmələr 200-dən çox məhkumu cəzalarının çəkilməmiş hissəsindən azad etmişdi. Bu gün isə ölkə Prezidenti daha 176 məhbusu cəzalarının bir hissəsini çəkmələrini nəzərə alaraq, humanizm prinsiplərini rəhbər tutub, əfv edib. Mən Prezidentin bu qərarını alqışlamaqla yanaşı, bunu çətin vəziyyətdə xalqımızın daha sıx birləşməsinə xidmət edəcək bir addım kimi qiymətləndirirəm. İnanmaq istəyirəm ki, həmin şəxslər bir daha qanunları pozub həbsxanaya geri qayıtmayacaq, cəmiyyətimizin inkişafına öz təhfələrini verəcəklər”.

Tarix
2020.04.06 / 17:45
Müəllif
Axar.az
Digər xəbərlər

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla