Yuxarı

Bu şəxslərin icazəsi ləğv oluna bilər - Xəbərdarlıq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şəxslərin icazəsi ləğv oluna bilər - Xəbərdarlıq

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” üzrə qeydə alınmış məlumatların mütəmadi olaraq təhlili aparılır.

Agentlikdən Axar.az-a verilən məlumata görə, təhlillər zamanı müəyyən edilib ki, xüsusi karantin rejimi dövründə hüquqi şəxslərin vəzifəli şəxsləri və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər tərəfindən işçilər barədə məlumatlar icaze.e-gov.az portalına daxil edilərkən "Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarının tələblərinin pozulması hallarına yol verilib.

Bu cür hallara yol vermiş hüquqi və fiziki şəxslərdən 2020-ci il 9 aprel tarixindən etibarən icaze.e-gov.az portalından aşağıdakı şəxslərin icazələrinin ləğv edilməsi tələb olunur:

- xidmət və ya əmək müqaviləsi olmayan şəxslərin;

- fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan işçiləri istisna olmaqla, digər işçilərinin;

- yaşı 65-dən yuxarı olan, karantin rejimində öz yaşayış yerini tərk etməsi ilə bağlı məhdudiyyət qoyulmuş işçilərinin.

Eyni zamanda, hüquqi və fiziki şəxslərdən tələb olunur ki, xüsusi karantin rejimi dövründə fəaliyyətini iş yerindən davam etdirmələri zəruri olan işçilərinin say həddini müəyyən etsinlər və işə gəlməsi vacib olmayan, fəaliyyətini evdən davam etdirən digər işçilərinin icazələrini portaldan silsinlər.

2020-ci il aprelin 10-dan başlayaraq karantin rejimi qaydalarına zidd olan icazələr portaldan avtomatik rejimdə ləğv ediləcək, eləcə də yuxarıda qeyd olunan tələblərə əməl etməyən hüquqi və fiziki şəxslər barəsində hüquq mühafizə orqanlarına məlumat veriləcək.

Tarix
2020.04.08 / 19:49
Müəllif
Axar.az
Digər xəbərlər

Qəzanın baş verdiyi ərazidə axtarış işləri davam etdirilir

ABŞ çox sayda bombardmançı təyyarə sifariş verdi

Qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Qəzaya düşən təyyarə heyəti ilə bağlı acı xəbər

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Paraddan sonra təyyarənin qəzaya uğraması...

Xilas edilənlərlə bağlı xəbəri gözləyirik - TDT

Türkiyə MMN: Qəzanın səbəbi bundan sonra bilinəcək

Qəzaya uğrayan Türkiyə təyyarəsinin özəllikləri nələrdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla