Yuxarı

O dövləti blokadaya ala bilərlər - Şok proqnoz

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya beynəlxalq hüquq münasibətlərində dəyişikliyə səbəb olmayacaq. Amma ehtimal var ki, pandemiya ilə bağlı mübarizəyə dair xüsusi konvensiya hazırlana bilər. Bu konvensiyada tənzimləmələr, bu kimi hallarda dövlətlərin bir-birinə qarşılıqlı yardımı kimi məsələlər öz əksini tapa bilər. Məsələn, elə vəziyyət yarana bilər ki, bir dövləti blokadaya almaq ehtiyacı ortaya çıxar. Əlbəttə, blokadaya almaq düşməncə hesab olunur, amma pandemiya ilə bağlı blokadaya almaq belə şəkildə qiymətləndirilməməlidir. Konvensiyada belə məqamlar yer ala bilər. Düzdür, blokadanın iqtisadi sanksiya tərəfi var. Bu da ola bilər. Elə virus ola bilər ki, əşyalarla daşınması ehtimalı ortaya çıxa bilər. Bu halda iqtisadi sanksiyanın tətbiqi də mümkün satılar.

Axar.az xəbər verir ki, bu fikirləri Teleqraf.com-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.

O əlavə edib ki, pandemiyanın beynəlxalq hüquq baxımından başqa hansısa təsir və dəyişikliyə səbəb olacağını düşünmür:

“Daxili hüquq baxımından təsirlər ola bilər. Diqqət etsəniz, pandemiya halında dövlətlər fövqəladə vəziyyət elan edir. Bunun pandemiyaya yönəlik başqa cəhətləri də daha detallı şəkildə tənzimlənə bilər. Çünki dünyada indi yaşananlara bənzər hadisə əvvəl yaşanmayıb. Dövlətlər baxacaq ki, nələrə ehtiyacı olub, hansı əskikləri olub. Buna baxıb ola bilsin ki, daxili qanunvericiliklərinə düzəliş edə bilərlər”.

F. Mehdiyev qeyd edib ki, pandemiyanın beynəlxalq münasibətləri dəyişəcəyi haqda fikirlərin çoxu sadəcə olaraq iddialardır: “İnsanlar müxtəlif ehtimal və versiyalar səslənirir. Mən bu haqda bir söz deyə bilmərəm, deyilənlərə də inanmıram. Biz elm adamıyıq, elmdə belə məsələlər keçmir. Hipoteza sübut olunmalıdır. Amma bu fikirləri istisna etməsəm də, ciddiyyət kimi qəbul etmirəm”.

Pandemiyanın iqtisadi münasibələrə təsirini qiymətləndirən mütəxəssis hesab edir ki, artıq koronavirus dünya iqtisadiyyatına hər gün zərbə vurur:

“Amma deyirlər ki, Avropa İttifaqı dağılıb, çünki İtaliya incikdir. Bu, ciddi versiya deyil. Virus Çindən başlayıb. Çin uzun müddət bu virusu dünyadan gizlədib. Onlarda noyabrın sonunda bu virus haqda məlumat olub, amma ilk dəfə bu məlumatı yanvarda veriblər. Bununla bağlı müyyən tədbirlərin görüləcəyini istisna etmirəm. Ola bilsin ki, bəzi ölkələr Çini məhkəməyə verməyə cəhd göstərsin. Çünki Çinə görə yüzlərlə dövlətin iqtisadiyyatı ciddi zərərə məruz qalıb. Bu məsələdə Çini ittiham etmək mümkündür. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səlahiyyətləri dəyişə bilər. ABŞ Prezidenti Donald Tramp bəyan etdi ki, koronavirusdan sonra ÜST ilə məşğul olacaqlar. Çünki ÜST-in mütəxəssisləri bir ara Çinə gediblər. Lakin belə qərara gəlmişdilər ki, virus insandan insana keçmir və təhlükəsizdir. Yəni ya Çinin ÜST-i aldatması, ya da öz səhlənkarlıqları nəticəsində bu təhlükəni zamanında görə bilməmişdilər”.

Tarix
2020.04.09 / 01:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla