Yuxarı

Əməliyyatların arxasında Gülən durur - Dünya mətbuatı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əməliyyatların arxasında Gülən durur - Dünya mətbuatı

Türkiyəni sarsıdan əməliyyatı xarici mətbuat "əməliyyatın arxasında Fətullah Gülən var" kimi qələmə verib.

"Tayms":

"Polisin həyata keçirdiyi əməliyyatın Türkiyə siyasəti və biznes dünyasının ən üst təbəqəsinə çatması Ərdoğan ilə Gülən hərəkatı arasındakı böyüyən davanın məhsuludur. Gülən hökumətə düşmən kəsildi".

"Nyu York Tayms":

"Əməliyyatlar Baş nazir Ərdoğanı təhdid edir. Ərdoğan ilə Gülən hərəkatı bir vaxtlar Türkiyə siyasətini ordunun təsirindən qurtarmaq üçün siyasi ortaq idilər".

"Vol Strit Jurnal":

"Əməliyyat ölkədə şok dalğalar yaratdı. İqtisadi sabitliyin və investor etibarını təhdid edən bu reaksiyalara Ərdoğanın qarşılıq verməyi gözlənilir".

"Qardian":

"Basqınlar "Gəzi" hadisələrindən sonra Ərdoğanın avtoritarlığına ən böyük hücum kimi görünür".

"Blomberq":

"Gülən hərəkatı sistemli bir şəkildə dövlətə nəzarət edə bilmək üçün dövlət qurumlarına sızdığı deyilir".

"Faynənşnl Tayms":

"Başladılan qanunsuzluq istintaqının pərdəarxasında başda polis və məhkəmə olmaq üzrə Türkiyənin bir çox qurumuna sızan Fətullah Gülən hərəkatı arasında böyüyən böhran var".

"Vaşinqton Post":

"Ərdoğan ilə Gülən hərəkatı arasında gərginlik dərinləşir. Politoloqlara görə, bu əməliyyat Gülən hərəkatının Ərdoğan hökumətinin təhsil müəssisələrini bağlamaq cəhdinə bir cavab olaraq dəyərləndirilir".

"BBC":

"Politoloqlar bu istintaqın özəl təhsil müəssisələrinin bağlanmasından sonra gündəmə gələn Gülən hərəkatı ilə əlaqəli ola biləcəyini ifadə etdi".

Tarix
2013.12.19 / 18:54
Müəllif
Vüsal Tağı
Digər xəbərlər

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla