Yuxarı

Neft pulsuz oldu: daşınma xərcini də satan verir – Şok səbəb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadçı Natiq Cəfərlinin dünya neft bazarında yaşanan mənfi trendlə bağlı Axar.az-a müsahibəsi:

- Natiq bəy, neftin qiymətində kəskin ucuzlaşma davam edir. Hətta tarixdə ilk dəfə olaraq neftin qiymətlərində mənfi trend yaşandı. Sizcə, mənfi trendin əsas səbəbi nədir?

- ABŞ-ın yüngül neft fyuçerslərinin satışı üçün son tarix may ayıdır. Buna baxmayaraq, may ayında gözləntilər özünü doğrultmadı. Çünki koronavirus pandemiyası səbəbindən aprel ayı ərzində dünya üzrə 4 milyard insan evində qalmalı oldu. Oxşar halın may ayında da olacağını nəzərə alsaq, neftə olan tələbatın kəskin azalacağı gözlənilir. Buna görə də treyderlər əllərində olan may aylarının fyuçerslərini tez satmağa başladılar. Belə olduqda tarixdə ilk dəfə olaraq mənfi trend yaşandı. Bəzi treyderlər may ayı ərzində əllərində olan fyuçersləri pulsuz verirlər. Hətta daşınma və saxlanma xərclərini də özləri qarşılayırlar.

- Sizcə, iyun-iyul ayları üçün neftin qiymətində yüksəlmə ola bilərmi?

- Hazırda neft bazarında çox qəribə situasiya yaranıb. Bu gün dünyada neft anbarları sürətlə dolmaqdadır. Çünki hazırda neftə olan tələbat kəskin azalıb. Bu gün neftin gündəlik hasilatı 100 milyon barreldir. Hazırda gün ərzində 30 milyon barrel neft artıq qalır. Belə olduqda artıq neftin saxlanma məsələsi gündəmə gəlir. Nefti saxlamaq üçün rezervuarlar və tankerlər lazımdır. Maraqlı məqam isə odur ki, bu gün tanker və rezervuarlarla bağlı problem yaşanır, çünki mövcud vəziyyətdən asılı olaraq, onların da qiymətində kəskin artım müşahidə olunur. Tanker və rezervuarları icarəyə götürmək sərf etmir. İstehlakçılar ekoloji problem yaşanmasın deyə nefti nə dənizə, nə də torpağa geri qaytara bilir. Çünki bu özü də böyük cərimələrə səbəb ola bilər. Buna görə də hazırda hansı ölkənin rezervuarları varsa, neft ona pulsuz verilir. Sabahdan ola bilsin neft bazarında nisbətən normallaşma olsun. Çünki artıq may ayı üçün olan göstəricilər açıqlanıb və iyun-iyul ayı üçün proqnozlar verilməyə başlanacaq. Bu gözlənti bazarda nisbi qiymət yüksəlməsinə səbəb ola bilər.

Tarix
2020.04.21 / 00:30
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Yekaterinburqda saxlanılan Ayaz Səfərovla bağı qərar

Əliyevlə Paşinyanın görüşü başladı - Video

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi...

Elşən İbrahimov Rusiyanı belə tərk elədi - Video

Rusiya Azərbaycandan bu məhsulların idxalına qadağa qoydu

İlham Əliyev BƏƏ prezidentinə hədiyyə təqdim etdi - Foto

Elşən İbrahimov Rusiyadan deportasiya olunur

Baş nazir mühüm qərar imzaladı

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla