Yuxarı

Erməni tanışım deyir ki, Paşinyan... - Əlizadədən şok

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Nikol Paşinyanı yavaş-yavaş yeyir. Bu zaman nədən istifadə edir? Qarabağdakı əlində silahı olan əlaltılarından, erməni ordusu üzərindəki nəzarətindən, bir də bədbəxt erməni xalqının geridə qalmış şüurundan.

Axar.az xəbər verir ki, bu fikirləri Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə separatçı rejimin keçirdiyi son seçkilər və bunun Ermənistan daxili siyasi mühitinə təsirləri haqqında danışarkən bildirib.

Politoloq deyib ki, əslində Nikol Paşinyan indi göründüyü kimi müharibə tərəfdarı, yəni daşnak deyil:

“Mənim erməni tanışım İvanyan vaxtilə Paşinyanla dostluq edib, onun haqqında mənə danışıb. Paşinyan vaxtı ilə sülhpərvər olub, xanımı ilə Aland adalarına gedib, bu təcrübə ilə tanış olub. Görüb ki, xalqların bir-birini qırmadan dinc və yanaşı yaşamaq nümunəsi var.

Amma sonra Paşinyan görüb ki, Ermənistanda sülhpərvər mövqedən çıxış edəndə adamın siyasi gələcəyi ola bilməz. Yəni xalq xəstədir. Xalq yalnız müharibəyə, düşmənçiliyə meyil edir. Paşinyan da baş nazir, rəhbər olmaq iddiasında olan siyasətçidir. Düşünüb ki, sülh mövqeyindən çıxış edərək baş nazir olmaq, siyasi karyera qurmaq mümkün deyil. Odur ki, hamıdan möhkəm “Qarabağ, Qarabağ” deyə qışqırmağa başlayıb. Qışqırdıqca da xalq onun ətrafına toplaşıb. Vəssalam”.

Z.Əlizadə qeyd edib ki, Paşinyan "Qarabağ", demokratiya qışqıra-qışqıra hakimiyyətə gəlsə də, indi xalq ondan ciddi işlər tələb edir:

“Hakimiyyətə gəlmisən, lap yaxşı. Sən iqtisadiyyatı idarə etməlisən. Sənə mühasirədən çıxmaq lazımdır? Hökmən lazımdır. Mühasirədən çıxmaq üçün Qarabağ münaqişəsini həll etməlisən. Dinc yolla bunun həlli yoxdur.

Paşinyan düşünürdü ki, Qarabağ klanını, yəni müharibə canilərini hakimiyyətdən kənarlaşdıra bilsə, bəlkə də Qarabağ klanından qorxmadan güzəştli sülh haqqında danışmağa, xalqının nəbzini yoxlamağa cəhd edə bilər. Amma görür ki, yox, Rusiya ordunu da, Qarabağdakı silahlı caniləri də nəzarətində saxlayır. Qarabağda hakimiyyəti müharibə canilərinin əlindən çıxara bilməməsi əslində Paşinyanın birinci böyük məğlubiyyətidir.

Hazırda separatçıların yeni “prezidenti” Araik Arutyunyan Rusiyaya, kəşfiyyata, Robert Köçəryan-Serj Sərkisyan cütlüyünə bağlıdır. Bu şəxs faktiki rəhbərdir və deyib ki, Ağdam da bizimdir. Əslində rus nə deyir, Araik də onu deyir. Sabah desə ki, çəkil çıx, quzu kimi Xankəndidən çıxacaq. Bir sözlə, Paşinyan Qarabağa nəzarəti Qarabağ klanının əlindən ala bilmədi.

Bütün hallarda Paşinyan Ermənistan iqtisadiyyatının durumunu düzəltməli, cəmiyyədə ciddi dəyişikliklər etməlidir. Bunun üçünsə müharibəni başa çatdırmaq lazımdır. Müharibə başa çatmasa, Ermənistanın vəziyyətdən çıxış yolu yoxdur. Bax, Paşinyanı Rusiya belə yeyir”.

Tarix
2020.04.25 / 21:13
Müəllif
Axar.az
Digər xəbərlər

Sobçak Rövşən Məmmədovu hədəfə aldı - Video

Makrondan erməni dilində paylaşım: Azərbaycanla sülh...

AB-dən ABŞ-ın rüsum qərarı ilə bağlı sərt gedişat

Ermənilərin işgəncə vermələrini əks etdirən kadrlar göstərildi

"AccessBank"ın xalis mənfəəti 7 milyon manat azaldı

Xəzər dənizi barədə son açıqlama: Quruyacaqmı?

"Aqro Point"in nizamnamə kapitalı yenə azaldı

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Bakı və İrəvanın danışıqları... - Tramp

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla