Yuxarı

İrəvan Rusiyadan tam asılı vəziyyətə düşdü – Razuvayev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan Rusiyadan tam asılı vəziyyətə düşdü – Razuvayev

Karantin bir çox ölkələrə, o cümlədən Ermənistana ağır zərbə vurdu. Martın 16-dan etibarən Ermənistanda fövqəladə vəziyyət rejimi hökm sürür, iqtisadi fəaliyyət məhduddur, ictimai nəqliyyatın işi qadağandır (taksi və dəmir yolu istisna olmaqla), təhsil və mədəniyyət müəssisələri bağlanıb. Ermənistanda ikinci rübün yekunlarına görə iqtisadi göstəricilərin kəskin azalması gözlənilir. Bunu ölkənin İqtisadiyyat naziri Tiqran Xaçatryanın simasında hakimiyyət açıq şəkildə etiraf edir.

Bu barədə Axar.az-a rusiyalı iqtisad elmləri namizədi, “Alpari” analitik mərkəzinin rəhbəri Aleksandr Razuvayev bildirib.

“Ermənistanın bir çox vətəndaşı qazanc üçün Rusiyaya üz tuturdular, amma indi onların hamısı işsiz qalıb. Deməli, pul da yoxdur. Turizm sektorunun çökməsi də Ermənistan üçün böyük zərbə oldu. Ən nikbin qiymətləndirmələrə görə, Ermənistan turizmi ən tez iki ildən sonra bərpa olunacaq, yəni böhrandan əvvəlki göstəricilərə qayıdacaq”, - deyə həmsöhbətimiz qeyd edib.

O əlavə edib ki, aprelin sonunda Ermənistan Mərkəzi Bankı yenidən maliyyələşdirmə dərəcəsini 5,0%-ə endirib. Əsas faiz dərəcəsi 0,25 faiz bəndi aşağı salınıb və indi misli görünməmiş aşağı səviyyədədir.

“Amma çətin ki, bu, İrəvanın iqtisadiyyatına ciddi dəstək versin. Hazırda Ermənistanda iqtisadi vəziyyət Rusiya turistinin Ermənistana gedib-gəlməsindən, Ermənistan vətəndaşlarının Rusiyada əvvəlki iş yerlərinə qayıtmasından, “Qazprom” və digər Rusiya şirkətləri tərəfindən Ermənistana investisiya qoyuluşundan asılıdır”, - deyə A.Razuvayev bildirib.

Ekspertin sözlərinə görə, bu baxımdan İrəvanın Moskvaya qarşı tutduğu yolu ağılsızlıq adlandırmaq lazımdır:

"Moskva ilə qarşıdurma indiki durumda İrəvanı uçuruma apara bilər. Çünki Rusiya əmək bazarında erməniləri Qırğızıstan və Özbəkistandan olanlar əvəz edə bilər, Ermənistanın əvəzinə isə rusiyalı turistlər Türkiyə və ya Azərbaycanı seçə bilər”.

Tarix
2020.05.05 / 08:00
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Samir Oruc vəzifəsindən ayrıldı

Zərifə Əliyevanın vəfatından 41 il ötür

Bu ölkə Azərbaycana başsağlığı verdi

Əmirbəyov Brodski ilə təhlükəsizliyi müzakirə etdi

Ceyhun Bayramov Mixail Qaluzinlə görüşdü

Bakıda qadınlarla bağlı mühüm konfrans keçirildi

Simonyan Qafarova ilə İstanbulda görüşəcək

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

Prezident üç səfiri qəbul etdi - Foto

Zərifə xanım haqlı olaraq hesab edirdi ki... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla