Yuxarı

İlham Əliyev: “Buralar çox dəyişib” - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev: “Buralar çox dəyişib” - Foto

Azərbaycan Prezidenti İlham Əliyev Qarsda Heydər Əliyevin abidəsinə gül qoyub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Türkiyənin "Hürriyet" qəzeti yayıb.

TANAP qaz kəmərinin təməl qoyma mərasimində iştirak üçün Qarsa yollanan prezidenti Türkiyənin Təhsil naziri Nabi Avcı qarşılayıb. Nazirlə birlikdə Qarsdakı Heydər Əliyev parkına yollanan prezident İlham Əliyevi Qars valisi Günay Özdemir və MHP-dən olan Bələdiyyə sədri Murtaza Karaçanta qarşılayıb. Heydər Əliyevin abidəsinə gül qoyan prezident daha sonra müəyyən müddət parkda Nabi Avcı ilə gəzib. Prezident Avcıya "Buralar çox dəyişib", - deyib.

Bundan sonra isə prezident İlham Əliyev istirahət üçün Qarsın Yusufpaşa məhəlləsində yerləşən "Cheltikov" otelinə yollanıb.

Qeyd edək ki, bu gün Qarsda TANAP qaz kəmərinin təməl qoyma mərasimi olacaq. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevlə bərabər Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan da iştirak edəcək.

Tarix
2015.03.17 / 13:33
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla