Yuxarı

İlham Əliyev Sudanın Xarici İşlər naziri ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Sudanın Xarici İşlər naziri ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Sudanın xarici işlər naziri Əli Əhməd Kartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərtac xəbər verir ki, dövlətimizin başçısı Sudanın xarici işlər naziri Əli Əhməd Kartinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin məhsuldar olacağına və ölkələrimiz arasında dostluq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib.

İki ölkə arasında mövcud olan tərəfdaşlıq əlaqələrini və beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı yüksək dəyərləndirən dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq Sudanın bu münaqişənin həllində və eləcə də Xocalı faciəsinin soyqırımı kimi tanınmasında tutduğu ədalətli mövqeyinə görə minnətdarlığını ifadə edib.

Nazir Əli Əhməd Karti Sudan Prezidenti Ömər Həsən Əhməd əl Bəşirin salamlarını dövlətimizin başçısına çatdırıb. O, Azərbaycana səfərindən ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu deyib və qazanılan nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik edib. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın önəmini qeyd edən nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəsinin tutduğu ədalətli mövqeyin dəyişməz olaraq qalacağını bir daha vurğulayıb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələr, iqtisadi sahədə, o cümlədən enerji sektorunda əməkdaşlıq və bu sahədə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd olunub.

Dövlətimizin başçısı Prezident Ömər Həsən Əhməd əl Bəşirin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Sudan dövlətinin başçısına çatdırmağı xahiş edib.

Tarix
2015.03.18 / 15:33
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla