Yuxarı

Yalnız bu vəkillərin hərəkətinə icazə veriləcək - Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yalnız bu vəkillərin hərəkətinə icazə veriləcək - Rəsmi

Nazirlər Kabineti yanında Operativ Qərargahdan əldə olunmuş məlumata görə, iyunun 6-8-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı hərəkət məhdudiyyəti aşağıdakı istisnalarla məhkəmə hakimləri ilə bərabər Vəkillər Kollegiyasının üzvlərinə də şamil olunmaqdadır.

Vəkillər Kollegiyasından Axar.az-a bildiriblər ki, Bakıda məhkəmə və digər əlaqəli qurumların da məhdud rejimdə fəaliyyət göstərəcəkləri nəzərə alınaraq yalnız siyahısı Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən tərtib olunan və Elektron Hökumət Portalına daxil edilmiş növbətçi vəkillərin hərəkətinə icazə veriləcək.

Fəaliyyətinə icazə verilmiş vəkillərə əvvəlcədən məlumat veriləcək. Həmin vəkillər vəkillik fəaliyyətləri ilə bağlı tibbi maska və dezinfeksiyaedici vasitələrdən istifadə etməli və digər profilaktiki tələblərə riayət etməlidirlər.

Vəkillər Kollegiyası Rəyasət Heyəti bir daha vəkillərə qeyd olunan tarixlərdə yaşayış yerlərini tərk etməmələrini, tibbi maska və dezinfeksiyaedici vasitələrdən istifadə etmələrini, habelə Operativ Qərargahın tələblərinə ciddi riayət etməli olduqlarını bildirir.

Tarix
2020.06.05 / 18:41
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

“Arvad”dan hürkən deputata ər cavabı

Vuçiçdən Əliyevə: Serbiya buna tam sadiqdir!

Azərbaycanın mövqeyini yüksək qiymətləndiririk

İsveçrə prezidenti Azərbaycan liderini təbrik etdi

İran və Azərbaycan daim bir-birinin yanındadır - Əliyev

TRİPP üzrə yekun saziş bu tarixdə imzalanacaq

Əsədov Mişustinlə telefon danışığı apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla