Yuxarı

İsayev: Gənclər daha çox yoluxur, vəziyyət ciddidir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az baş infeksionist Cəlal İsayev Teleqraf.com-a müsahibəsini təqdim edir:

- Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində asimptomatik xəstələrin müalicəsinin evdə aparılacağı barədə qərarın verilə biləcəyi açıqlandı. Sizcə, buna zərurət varmı?

- Xəstəliyi yüngül keçirən xəstələrin evdə müalicəsi çoxdan nəzərdə tutulmuşdu. Bu xəstələr ev şəraitində reabiltasiya olunaraq müalicə ediləcək. Hazırda xəstəxanalarımızda yer baxımından bir az çətinlik yarandığına görə bu cür xəstələrin ev şəraitində müalicəsinə qərar verilib. Hesab edirəm ki, düzgün addımdır.

- Cəmiyyətdə test nəticəsi pozitiv çıxan şəxslərin yaxınları, yaxud hələ analiz cavabı gəlməyən insanlar başqaları ilə təmasda olduğu üçün narahatedici rəylər var. Bu situasiya ilə bağlı fikirləriniz...

- Əgər kiminsə test nəticəsi pozitiv çıxırsa, ev şəraitində müalicə olunurlarsa, həmin şəxslə ailə üzvləri təmasda olmamalıdır. Minimal əlaqə ilə xəstəyə qulluq etmək olar. Bu prosesdə də maska və digər qoruyucu vasitələrdən istifadə mütləqdir. Nəzərə alaq ki, hazırkı vəziyyətdə hər kəs potensial virus daşıyıcısı hesab olunur.

- Hər kəsi maraqlandıran bir məqam var: sərt karantin rejiminin nəticələrini nə vaxt görəcəyik?

- Hesab etməyin ki, tədbirlər görüldükdə qısa zamanda xəstələrin sayı azalacaq. Bəli, bu tədbirlər xəstələrin sayını azaltmaq istiqamətində tətbiq olunur. Amma hava-damcı infeksiyası ilə mübarizədə görülən tədbirlərin nəticəsini tez bir zamanda hiss etmək mümkün deyil. Məsələn, dünən 352 yeni yoluxma faktı qeydə alındı. Çalışırıq ki, bu say 500 olmasın.

- Yoluxma hansı yaş qrupu arasında üstünlük təşkil edir?

- Azərbaycan statistikasında gənclər arasında yoluxma halları daha çox qeydə alınır. Əvvəl deyirdik ki, 60 yaşdan yuxarı insanlar daha çox bu xəstəliyə yoluxur, ağır keçirir. Hazırda mənzərə dəyişib, vəziyyət ciddidir. Yoluxma müxtəlif yaş qruplarında bir qədər fərqlə müşahidə olunur. Vəziyyəti ağır olanlar arasında gənclər daha çoxdur. Bu isə koronavirusun bilinməyən tərəflərini aşkara çıxarır. Virus paralel olaraq hamilələrə də eyni təsiri göstərir. Hamilələrdə orqanizmdə mühüm dəyişikliklər olduğu üçün onlar özlərini daha çox qorumalıdır. Hələ ki, virusun dölə keçməsi ilə bağlı bizdə fakt qeydə alınmayıb.

Tarix
2020.06.14 / 13:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla