Yuxarı

Prezident ad gününü köçkünlərin arasında qeyd edəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident ad gününü köçkünlərin arasında qeyd edəcək

Dekabrın 24-də Gəncə şəhərində məcburi köçkünlər üçün salınan şəhəriyin açılışı olacaq. Uzun müddətdir ki, Gəncə şəhərində məktəb binalarında, universitet yataqxanalarında, bağçalarda müvəqqəti məskunlaşan məcburi köçkünlərin yerləşdirilməsi üçün şəhərcikdə işlər artıq tamamlanıb. İndi məcburi köçkünlər yeni şəhərciyin açılışını gözləyirlər.

Qaçqınları və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Gəncənin paytaxt istiqamətindən giriş hissəsindəki ərazidə 25 ədəd çoxmərtəbəli yaşayış binası və digər sosial obyektlər inşa olunub. 1200 yerlik məktəb binası, 280 yerlik uşaq bağçası, 500 yerlik mədəniyyət evi, musiqi məktəbi, həkim məntəqəsi, elektron ATS və digər sosial obyektlər də məcburi köçkünlərin istifadəsinə veriləcək.

İlk mərhələdə Gəncə şəhərində məskunlaşan 1500 məcburi köçkün ailəsinin yeni binalara köçürülməsi nəzərdə tutulur. Onların köçürüldükləri yataqxanalar isə təmir olunaraq tələbələrin ixtiyarına veriləcək. Hazırda Gəncə şəhərində köçkünlər 50-dək müxtəlif yataqxanalarda yerləşiblər.

Məcburi köçkünlər üçün yeni şəhərciyin açılışının dekabrın 24-nə planlaşdırılması həm də ölkə başçısı İlham Əliyevin ad gününə təsadüf edir. Verilən məlumata görə, Gəncədəki açılışda prezident İlham Əliyevin də iştirakı gözlənilir.

Bununla da prezident İlham Əliyev ad gününü məcburi köçkünlərlə birgə keçirəcək. Xatırladaq ki, prezident 2011-ci ildə ad günündə Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan məcburi köçkünlər üçün salınan yeni yaşayış qəsəbəsinin açılışında iştirak etmişdi.

Dekabrın 24-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin ad günüdür. Ölkə başçısının 52 yaşı tamam olur (Modern.az).

Tarix
2013.12.21 / 16:54
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz

Bakıda Hindistanla bağlı konfrans keçirildi

Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...

TRİPP layihəsi Bakı və İrəvandan asılıdır - Kortunov

Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar

Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı

Türkiyə Ermənistanda “tərəfini” elan etdi

Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla