Yuxarı

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı - Video

Məşhur rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov Yandeks (Yandex) internet bazasında “Qarabağ: Rusiyadan baxış” informasiya kanalı açıb.

Bu barədə Axar.az-a Kuznetsovun özü bildirib.

“İlk dəfə olaraq rusiyalı elm xadimi Qarabağla bağlı qərəzsiz faktlar və müzakirələrlə dolu olacaq bir resurs yaradır. Kanalın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına dəstək olacağına inanıram”, - deyə tarixçi qeyd edib.

Kuznetsovun sözlərinə görə, o bu ideya üzərində uzun müddət işləyib:

“Düzünü desəm, bunu ideya da adlandırmaq düz olmaz, çünki bu mənim içimdən gəlib. Uzun illərdir ki, müəyyən qara əllər sayəsində Qarabağ həqiqətləri dünyaya başqa bucaq altında çatdırılır. Hətta Rusiyada bu münaqişə barəsində hərə bir söz danışır.
Mən uzun illərdir Qafqazla bağlıyam və indi insanlar soruşurlar ki, reallıqda bu regionda nə baş verir. Bu kanal vasitəsi ilə insanlar faklarla möhkəmləndirilən, dəlillərlə dolu həqiqəti görə biləcəklər”.

Oleq Kuznetsovun Qarabağ kanalını dəstəkləmək üçün bu linkə daxil olub “Подписаться” (abunə olmaq) düyməsini basa bilərsiz.

Tarix
2020.07.06 / 09:31
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla