Yuxarı

Nə qədər çox yük daşınarsa, Bakı bir o qədər... - Ruhani

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çabahar limanının yenidən qurulması üçün cəlb olunan sərmayənin nəticəsində limanın yük aşırma imkanı 2,5 milyondan 8,5 milyon tona yüksəlib.

Axar.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani iyulun 7-də Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib. O bildirib ki, Hind okeanı sahilində yerləşən Çabahar şəhərindən İranın mərkəzi vilayətlərinə dəmir yolunun çəkilişi isə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə böyük töhfə olacaq. Bu yol Hind okeanı ilə Qafqaz və Orta Asiya ölkələrini, Rusiyanı, Çini və Avropa qitəsini birləşdirəcək.

İran Prezidenti Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini ümummilli layihə adlandırıb və beynəlxalq əhəmiyyətini qeyd edib. Nəzərə çatdırıb ki, bu layihə ölkəsinin qonşu dövlətlərə iqtisadi əlaqələrini daha da inkişaf etdirəcək: “Azərbaycanın da Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında iştirakını nəzərə alaraq deyə bilərik ki, Çabahardan İranın mərkəzi vilayətlərinə çəkiləcək dəmir yolu yaxın gələcəkdə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yoluna birləşəcək. Cənub Şərqi Asiya ölkələrindən Rusiya və Avropaya daşınan yüklər İranın Çabahar limanına daxil olacaq ki, buradan da Qəzvin-Rəşt-Astara(İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Azərbaycan ərazisindən tranzit olaraq daşınacaq”.

Prezident Həsən Ruhaninin sözlərinə görə, limanın yük aşırma imkanının 2,5 milyondan 8,5 milyona yüksəldilməsi heç də təsadüfi xarakter daşımır. Eləcə də Hindistan və Çinin bu limana maraq göstərməsi və 200 milyon dollar həcmində Çabahara sərmayə yatırmaları da təsadüfi deyil. Hindistanın Mumbay limanı Cənub Şərqi Asiyada ən böyük beynəlxalq limandır. Regionun bütün ölkələri Avropa ilə ticarət əlaqələrini bu liman vasitəsilə həyata keçirirlər. Yüklər Mumbay limanına cəmləşərək gəmilərlə Çabahara, buradan da yuxarıda qeyd etdiyimiz kimi Qəzvin-Rəşt-Astara dəmir yolu ilə Rusiya və Avropaya daşınacaq. Buna görə də Hindistan Çabahara sərmayə yatırmaqla yük aşırımını yüksəldib ki, məsafəni və daşıma xərclərini azaltsın. Məsafənin və daşıma xərcinin azalması isə digər dövlətlərin yükləri Avropaya məhz Çabahardan göndərməsi marağını artırır. Beləliklə, İranın Çabahar limanından Rusiya və Avropaya nə qədər çox yük daşınarsa, Azərbaycana da bir o qədər çox tranzit gəlir daxil olar.

Tarix
2020.07.08 / 22:18
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp istədi, AB əməl edir: Rusiyadan idxal dayandırılır...

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla