Yuxarı

PA rəhbərinin müavini olmuş şəxslərlə bağlı - Qərar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
PA rəhbərinin müavini olmuş şəxslərlə bağlı - Qərar

Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin ləğv edilmiş müavini vəzifəsində çalışmış şəxslərə pensiya təyin edilməsi ilə bağlı məsələnin tənzimləmək üçün İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırma aparılıb.

Axar.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na müvafiq hissə əlavə edib.

Beləliklə, Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin ləğv edilmiş müavini dövlət qulluqçusu vəzifəsi Prezident Administrasiyasının şöbə müdiri vəzifəsinə bərabər qəbul ediləcək.

Xatırladaq ki, Prezident Administrasiyasında aparılan son struktur islahatları çərçivəsində Prezident Administrasiyası rəhbərinin müavinləri postları ləğv edilib.

Tarix
2020.07.08 / 23:30
Müəllif
Axar.az
Digər xəbərlər

PA rəhbəri COP32 prezidenti ilə görüşdü

Efiopiya baş naziri Əliyevə Azərbaycan dilində təşəkkür etdi

Mixay Popşoy Azərbaycana gəlir

Efiopiyanın Baş naziri Səngəçal neft terminalında oldu

Prezident yeni baş konsul təyin etdi

Vens Bakı və İrəvana səfər etdi, Tiflis kənarda qaldı...

Paşinyanla Annanın ayrılığında şok detallar

Efiopiyanın baş nazirinin şərəfinə rəsmi nahar verildi

Efiopiya ilə bir sıra sənədlər imzalandı - Foto

General: Rəhim Qazıyev istefa verən kimi başladılar... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla