Yuxarı

Onlar vətən xainləri və fərarilərdir – Mirzəbəyli

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onlar vətən xainləri və fərarilərdir – Mirzəbəyli

Bir cümləlik, adətən heç bir fikir yükü olmayan, əksər hallarda məsxərə, aqressiv ironiya, qəzəb və kinayə yüklü statusları minlərlə adam paylaşır. Amma koronavirus təhlükəsi, bu ölümcül virusdan qorunmağın yolları, yoluxma hallarının qarşısının alınması, insanların həyatlarının, sağlamlıqlarının qorunması ilə bağlı maarifləndirici yazıları, çağırışları nəinki paylaşmır, bəyənməyə belə ərinirlər.

Axar.az xəbər verir ki, bu sözləri tanınmış politoloq Elçin Mirzəbəyli qeyd edib.

O bildirib ki, hətta real həyatda başqa, virtual məkanda isə tamamilə fərqli bir sima görüntüləyən bəzi media təmsilçiləri, ictimai-siyasi həyatın az qala hər küncündən boy verən “tanınmışlar” da mövzudan yayınmağa, sosial şəbəkələrdə kütləvi psixoz körükləyənlərlə, insanların diqqətini real təhlükədən yayındıranlarla birlikdə olduqlarını ən “kreativ” eyhamlarla onların diqqətinə çatdırmağa çalışırlar:

“Anlaşılması, dərk edilməsi mümkün olan bir durum deyil, vallah. Heç deyil...

Az qala hər gün tanıdığımız, ünsiyyətdə olduğumuz insanları itirir, yaxınlarımızın, sevdiyimiz, dəyər verdiyimiz insanların bu ölümcül virusa yoluxduqları barədə xəbərlər alırıq. Amma yenə də bu yanaşma, bu izahı olmayan düşüncə və davranış tərzi dəyişmir.

Kəsəsi, biz müharibə vəziyyətindəyik. Müharibədə isə düşmənə qarşı millət və dövlət olaraq savaş aparılır. Düşmənin üstün gəlməsi üçün əlverişli zəmin yaradanlar, təbliğat aparanlar, diqqəti hədəfdən, real təhlükədən yayındıranlar vətən xainləri, müşahidəçi mövqeyində dayananlar, mövqe bildirməyənlər, “qaçıb gizlənənlər” isə fərari sayılırlar. Bu qədər bəsit!”

Tarix
2020.07.10 / 11:05
Müəllif
Axar.az
Digər xəbərlər

Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı

Türkiyə Ermənistanda “tərəfini” elan etdi

Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..

İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?

Bayramov Qrono ilə görüşdü: Sülh prosesi...

Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı

“Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan

Bayramovla bu məsələni 2 saata yaxın müzakirə etmişik...

ABŞ Azərbaycan vətəndaşları üçün bu vizanı dayandırır

Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla