Yuxarı

“Bu uğur Moskva və Bakının əleyhinədir” – Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bu uğur Moskva və Bakının əleyhinədir” – Açıqlama

"İranın Altılıq ölkələri ilə razılığa gəlməsi və İrana qarşı sanksiyaların aradan qalxması bir sıra mənfi nəticələrə gətirib çıxaracaq".

Bu sözləri Axar.az-a açıqlamasında aprelin 3-də İranla Qərbin razılaşması fonunda bunun regiona mümkün təsirlərindən danışarkən politoloq Fərhad Mehdiyev deyib. O, adı çəkilən ölkələr arasındakı sürətli yaxınlaşmanın geosiyasi təsirlərinə toxunub:

"İran-Qərb danışıqlarının uğurla nəticələnməsi Rusiya və Azərbaycanın əleyhinə ola bilər. Bizə dəyəcək ilk zərbələr bunlardan ibarətdir: birincisi, neftin ucuzlaşması, ikincisi sözügedən razılıq ölkənin geosiyasi önəminin azalmasına səbəb olacaq ki, bu da heç arzuolunan deyil. Üçüncü mənfi təsir isə daha çox siyasi proseslərlə bağlıdır. Belə ki, İranın güclənməsi Azərbaycana müxtəlif məsələlərdə əngəllər yarada bilər. Burada ən mühüm məsələ ilk növbədə Xəzər dənizinin statusu ilə əlaqədardır. İranın Xəzərlə bağlı mövqeyi isə hamımıza bəllidir. Bununla bağlı aparılan danışıqlarda Tehran dəfələrlə öz mövqeyini nümayış etdirib. Başqa bir xoşagəlməyən təsir isə Ermənistana qaz kəmərinin çəkilməsi ilə bağlı açıqlamalardır. Hər halda İranın get-gedə bölgədə əsas prioritetə çevrilməsi bunu deməyə əsas verir".

Qeyd edək ki, aprelin 3-də İranla Altılıq ölkələri İranın nüvə proqramı üzrə razılığa gələrək, Tehrana qarşı sanksiyaların aradan qaldırıldığını açıqlayıb.

Tarix
2015.04.05 / 10:20
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Rusiya Kiyevdəki Azərbaycan səfirliyini vurdu - Foto

Həlak olan hərbçimizlə bağlı yayılan video…

Naxçıvanın keçmiş rəhbərindən şok: Parlamentdə şortla...

Xəzər geri çəkilir: Azərbaycanı gözləyən 10 böyük təhlükə

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

Azərbaycan və Rusiya arasında sənəd imzalandı

Rusiya ilə birbaşa uçuşların bərpası planlaşdırılır

Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoydu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla