Yuxarı

Təxribat törədib, KTMT-yə şikayət etmək… - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan iddia edir ki, guya Ermənistan-Azərbaycan dövlət sərhədində başlanan gərginliyin səbəbkarı Bakıdır. Bu, çox gülünc və bir o qədər də məntiqsiz yanaşmadır.

Bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Tovuz istiqamətində Ermənistan tərəfindən təşkil olunmuş hərbi təxribat haqda danışarkən deyib. O bildirib ki, Azərbaycan heç vaxt Ermənistan sərhədinə hücum etməz:

“Biz yaxşı anlayırıq ki, Ermənistan belə bir addımı qabardıb həm dünya ictimaiyyətinə, həm də KTMT-yə əleyhimizə fakt kimi təqdim edəcək. Biz çox yaxşı bilirik ki, Ermənistan uzun illərdir Azərbaycanla münaqişəni işğal olunmuş Dağlıq Qarabağdan Ermənistan-Azərbaycan dövlət sərhədinə çəkmək istəyir. Məhz mövcud vəziyyət də bunu bir daha sübut edir. Hətta onu da deyim ki, Azərbaycan cavab zərbəsi endirən kimi İrəvan dərhal KTMT-yə müraciət etdi”.

Politoloq deyib ki, Azərbaycanın Ermənistana həm diplomatik, həm də hərbi cavabı gecikməməlidir:

“Əvvəla, onu deyim ki, Ermənistan hazırkı hadisələrdən öncə “Milli müdafiə strategiyası” adı altında sənəd qəbul edib. Maraqlı məqam ondan ibarətdir ki, həmin bu sənəddə işğal edilmiş ərazilərin tarixi erməni torpağı olması və heç bir zaman geri qaytarılmayacağı vurğulanıb. Mövcud vəziyyət Ermənistanla danışıqların faydasız olduğunu bir daha göstərir. İstənilən halda düşmən torpaqları qaytarmayacağını, bu yolda müharibədən çəkinməyəcəyini, hətta BMT-in 4 qətnaməsinə, eyni zamanda beynəlxalq hüququn bütün normalarına məhəl qoymayacağını bəyan edir. Azərbaycanın daha adekvat addımlar atıb, məsələni diplomatik və hərbi yolla həll etməsi zəruridir. Yəni Dağlıq Qarabağda faktiki əməliyyatlar başlanmalı, hətta ilk addım olaraq Sərsəng su anbarı azad edilməlidir”.

Politoloq qeyd edib ki, Azərbaycanla Ermənistan arasında yaranan gərginliyə görə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Stanislav Zas KTMT-nin Daimi Şurasının təcili iclasının çağırılması təşəbbüsü ilə çıxış edib:

“Şübhəsiz, bu hal özü belə Ermənistanın məhz Ermənistan-Azərbaycan dövlət sərhədində təxribatçı əməllərinin səbəbini açıqlayır. Məqsəd bəllidir: Azərbaycanla bu təşkilatla üz-üzə qoymaq. Ermənistan xüsusilə də Rusiya ilə Azərbaycan arasında gərginlik yaradaraq, iki ölkənin yüksək münasibətlərini zədələməyə çalışır”.

Politoloqun sözlərinə görə, KTMT-nin Azərbaycanın əleyhinə qərar çıxarması üçün heç bir əsas yoxdur:

“Birincisi, dövlət sərhədində təxribata əl atan Ermənistan özüdür. İkincisi, bu gün Rusiya daxil, KTMT-yə üzv ölkələrin bir çoxu Azərbaycanla çox isti münasibətdədir. Eyni zamanda, adı keçən təşkilatın bir çox üzvü Azərbaycanla başqa təşkilatlarda birgə çıxış edir. Üçüncüsü, KTMT-nin hazırda bu tip münaqişəyə yardım edəcək statusu yoxdur”.

Tarix
2020.07.13 / 14:33
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla