Yuxarı

Veteranlardan ordumuza dəstək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Veteranlardan ordumuza dəstək

İyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatları nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki döyüşlər davam etməkdədir. Ermənistan tərəfinin başlatdığı təxribata cavab olaraq, Azərbaycan Ordusu düşmənin darmadağın edilməsi istiqamətində konkret addımlar atır. Görülən tədbirlər nəticəsində çoxsaylı canlı qüvvə və hərbi texnika itirən düşmən artıq itkilərini etiraf etməyə başlayıb.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın təxribatına qətiyyətlə cavab verdiyini, veteranlarımızın ordumuzu və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi qətiyyətlə dəstəklədiklərini vurğulayan C.Xəlilov deyib: “Sevindirici haldır ki, dövlətimiz üçün bu çətin məqamda bütün xalqımız ölkə başçımız və Azərbaycan Ordusu ilə həmrəylik nümayiş etdirir. Biz veteranlar ordumuza dəstək verməyə, işğal altındakı torpaqları azad etmək üçün hər cür fədakarlıq sərgiləməyə, döyüş təcrübəmizi gənc hərbçilərlə bölüşməyə, onlarla çiyin-çiyinə doğma Vətənin müdafiəsinə qalxmağa hazırıq”.

Polkovnik mövcud vəziyyətin həssaslığını nəzərə alaraq bütün vətəndaşlarımızı sosial şəbəkələrdə diqqətli olmağa, yalnız rəsmi mənbələrə istinad edən məlumatlara inanmağa səsləyib. Unutmaq olmaz ki, media və ya sosial şəbəkələrdə dezinformasiya xarakterli hər hansı bir məlumatın yer alması ictimai rəydə çaşqınlığa səbəb ola, düşmənin informasiya hücumu üçün əlverişli materiala çevrilə bilər.

“Şəhid olan hərbçilərimizə Allahdan rəhmət diləyir, ordumuza yeni-yeni uğurlar arzulayıram. Bir daha bildirirəm ki, biz veteranlar hər an əldə silah Vətənin müdafiəçilərinin sırasına qoşulmağa hazırıq”, - deyə C.Xəlilov vurğulayıb.

Tarix
2020.07.15 / 01:51
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflis körpüsü bayrağımızın rəngləri ilə işıqlandırıldı - Foto

XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

İlham Əliyevin Müstəqillik Günü ilə bağlı paylaşımı - Foto

Əli Nağıyev MDB iclasında iştirak etdi

Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək...

Mustafayev Rusiya müdafiə nazirinin müavini ilə görüşdü

Azərbaycanda benzin bahalaşa bilər

Zelenskidən İlham Əliyevə: İnanıram ki, bundan sonra...

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla