Yuxarı

Sahibkarlara şad xəbər: yeni imkanlar yaradıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sahibkarlara şad xəbər: yeni imkanlar yaradıldı

Sahibkarlar portal vasitəsilə müraciət edən zaman bir deyil, üç bankı seçmək imkanına malik olacaqlar. Beləcə həmin sahibkarların müraciətinə üç bankda baxılacaq. Hansı bank sahibkarın kreditinə daha tez müsbət cavab verərsə, o bankla da əməkdaşlıq ediləcək.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov iyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda səsləndirdiyi fikirləri şərh edərkən deyib. O bildirib ki, İqtisadiyyat naziri tərəfindən hazırlanan və hazırda icra edilən iqtisadi paket pandemiyanın təsirlərinin minimuma endirilməsini nəzərdə tutur:

“Eyni zamanda, mahiyyət etibarilə bu, strateji bir sənəddir. Çünki həm pandemiyanın davam etdiyi aylarda, həm də post-pademiya dövründə sahibkarların daha yaxından dəstəklənməsi, o cümlədən onların güzəştli kreditlərə çıxış imkanlarının artırılmasını nəzərdə tutur. Təbii ki, bu paket çərçivəsində elektron kredit portalı istifadəyə verilib və bu, daha rahat müraciət etmək imkanı yaradır. Bu portalın əsas üstünlüyü ondan ibarətdir ki, sahibkarlara həm elektron qaydada sürətli müraciət, həm də qısa müddətdə kredit imkanı yaranır. Belə ki, nisbətən kiçik kreditlər üçün müraciət edən sahibkarlara 7 iş günü müddətində cavab verilir. Digər kreditlər üçün isə bu zaman 10 gündür. Əvvəlki dövlərdə sahibkarlar güzəştli kreditə müraciət edərkən konkret bir bank seçirdi və həmin banka müraciət edirdi. Sahibkar biznes planı və digər sənədləri təqdim etməklə krediti əldə edirdi. Artıq bu istiqamətdə də təkmilləşdirmə var. Düşünürəm, bu da sahibkarların kredit imkanlarına çıxışı baxımından çox vacib bir irəliləyiş hesab edilməlidir”.

Tarix
2020.07.17 / 08:30
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla