Yuxarı

İlham Əliyev Olimpiya Komitəsinin prezidenti ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Olimpiya Komitəsinin prezidenti ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti, Səudiyyə Ərəbistanı Krallığının Gənclər və İdman naziri, Milli Olimpiya Komitəsinin prezidenti Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərtac xəbər verir ki, Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud Azərbaycanda gedən böyük inkişaf proseslərinin şahidi olduğunu, ölkəmizdə ən müasir səviyyədə idman infrastrukturunun yaradıldığını vurğuladı və əldə olunan nailiyyətlər münasibətilə dövlət başçısını təbrik edib. O, Azərbaycanın İslam Həmrəyliyi Oyunlarına da tam hazır olduğunu məmnunluqla qeyd edib.

Səudiyyə Ərəbistanına səfərini və Kral Salman bin Əbdüləziz Əl Səudla görüşünü məmnunluqla xatırlayan dövlət başçısı ailəsi ilə birlikdə müqəddəs Kəbədə dua etmək üçün yaradılan yüksək şəraitə görə Səudiyyə Ərəbistanının Kralına minnətdarlığını ifadə edib. Məkkədə, Mədinədə və Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatında olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın və İslam aləmində həmrəyliyin daha da möhkəmləndirilməsində bu səfərin önəmini qeyd edib.

Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səudun Azərbaycana səfərinə toxunan dövlət başçısı bu səfərin ölkələrimiz arasında idman sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından rolunu vurğulayıb.

Prezident İlham Əliyev, eyni zamanda, səfərin İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı məsələlərin müzakirəsi üçün də yaxşı fürsət yaradacağını deyib.

Tarix
2015.04.08 / 15:12
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla