Yuxarı

Azərbaycanlı-erməni toqquşması Nikola sərf edir... - Yesayan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı-erməni toqquşması Nikola sərf edir... - Yesayan

2020.07.25. 23:16

Nikol Paşinyan Rusiyada erməni-azərbaycanlı toqquşmasında maraqlıdır. O istəyir ki, daha sonra bu prosesdə rusları ittiham edərək, antirusiya kampaniyasını körükləsin və nəticədə Ermənistanın geopolitik kursunu dəyişdirsin.

Axar.az xəbər verir ki, bu sözləri öz sosial şəbəkə hesabında Daşnaksütyun fraksiyasının üzvü Baqrat Yesayan yazıb.

Onun sözlərinə görə, bu ay baş verənlər və onun sonrakı inkişafı daha narahatedicidir: problem heç də sərhəddə genişmiqyaslı toqquşma təhlükəsi ilə bağlı deyil, həm də müxtəlif ölkələrdəki qarşıdurmalardır:

“Rusiyada erməni-azərbaycanlı qarşıdurmaları İrəvan hakimiyyətini narahat etmir. Hər şey səfirin və icmanın öhdəsindədir. Bunun əvəzində isə Nikol Rusiya ilə münasibətləri kəskinləşdirmək üçün hər şey edir.

Əvvəla, 24 iyunda Moskvada keçirilən Qələbə paradından imtina edir, adını “koronavirusla görə” qoyur, ancaq az sonra Minskdəki toplantıya şəxsən gedir. İkincisi, Marqarita Simonyanın üzərinə öz troll və zombilərini salır, “patriot görüntüsü” yaradır və ictimaiyyətdə antirusiya əhval-ruhiyəsini genişləndirir. Hətta indi müxtəlif ölkələrdə erməni-azərbaycanlı toqquşması baş verərkən diaspor üzrə komissarı ilə birgə tətilə yollanır.

Məndə qəti əminlik yaranıb ki, Nikol Rusiyada erməni-azərbaycanlı qarşıdurmalarında maraqlıdır. Bundan daha sonra Rusiyanı ittiham etmək, Rusiya əleyhinə təbliğat aparmaq və ölkənin siyasi kursunu dəyişmək üçün istifadə etməyi hədəfləyir. Nikolun addımlarının başqa izahı yoxdur”.

Tarix
2020.07.26 / 12:55
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla