Yuxarı

İrimiqyaslı təlim iştirakçıları ilə görüş keçirildi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrimiqyaslı təlim iştirakçıları ilə görüş keçirildi - Foto

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən keçirilən irimiqyaslı təlimlərə cəlb edilən şəxsi heyətlə Şəmkir Rayon İcra Hakimiyyətinin, rayonun Ağsaqqalar Şurasının, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının, Qadınlar Şurasının və digər ictimai qurumların nümayəndələrinin görüşü keçirilib.

Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, təlim poliqonunda rayon fəalları ilə görüşən Müdafiə naziri general-polkovnik Zakir Həsənov Vətən və xalq qarşısında hər kəsin məsuliyyətinə diqqət çəkərək bu tədbirdə iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirib.

Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrimizdə qısa bir müddət ərzində xeyli iş görüldüyünü xüsusi qeyd edən nazir, əsgər və zabitlərimizin, o cümlədən təlimlərə cəlb edilən şəxsi heyətin döyüş hazırlığının yüksək səviyyədə olduğunu vurğulayıb.

Təlimlərdə iştirak edən şəxsi heyətlə görüşən, silah-sursat və döyüş texnikası ilə tanış olan qonaqlar Silahlı Qüvvələrimizin təminatından, əsgər və zabitlərimizin vətənpərvərlik ruhundan razı qaldıqlarını bildiriblər.

Sonda Gəncə Qarnizon Zabitlər Evi və Şəmkir hərbi birliyinin özfəaliyyət kollektivinin birgə iştirakı ilə təqdim edilən konsert proqramı rayon fəalları və təlim iştirakçıları tərəfindən hərarətlə qarşılanıb.

Tarix
2015.04.09 / 13:56
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla