Ana səhifə Gündəm |
"Ermənistan hələ də işğal etdiyi Azərbaycan
torpaqlarından çəkilmir və 1 milyondan çox soydaşımız öz evlərinə
dönə bilmirlər. Xocalı soyqırımını törədənlər hələ də ədalət
qarşısında cavab verməyiblər. Ancaq mən inanıram ki, biz Azərbaycan
və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqlarımızı işğalından
azad edəcəyik və Xocalı soyqırımı törədənlərin ədalət qarşısında
cavab verməsinə nail ola biləcəyik."
Publika.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva
Sivasa səfəri zamanı Sivas valisi Alim Barut ilə görüşü zamanı
deyib.
O, Sivas valisinə Sivasla Azərbaycan bölgələrinin qardaşlaşmasını
təklif edib və bunun önəmindən danışıb. "Türkiyənin uğuru
Azərbaycanın, Azərbaycanın uğuru isə Türkiyənin uğurudur. Ümumilli
Lider Heydər Əliyevin də dediyi kimi biz bir millət iki dövlətik"-
deyən millət vəkili vali ilə söhbət zamanı Azərbaycanın qanayan
yarası Dağlıq Qarabağ problemindən geniş danışıb. Qənirə Paşayeva
Sivas valisinə həmmüəllifi olduğu Türkiyə türkcəsində "Xocalı
Soyqrımı tanıqların dilindən" kitabını hədiyyə edib və qondarma
erməni soyqırımı yalanlarının qarşısının alınması, Qarabağ
həqiqətlərinin, Xocalı Soyqırımı gerçəklərinin dünyaya daha geniş
şəkildə tanıdılmasında gənclərimizin üzərinə böyük bir missiya
düşdüyünü deyərək Sivas Cumhuriyyet Universiteti və Türk
Ocaqlarının dəvəti ilə Sivasa gəldiyini və bu mövzuları özündə əks
etdirən konfransda məruzə ilə çıxış edəcəyini və gənclərin
suallarını cavablandıracağını deyərək gənclərimiz bu məsələlərdə
daha aktiv olmalıdırlar deyib. Bu cür konfransların önəminə toxunan
Sivas valisi Alim Barut öz növbəsində görüşdən məmnunluğunu
bildirib: "Sizi burda görməkdən məmnun oldum. Biz bir millətik.
Sizin sevincinizə biz də sevinir, kədərinizə ən az sizin qədər
kədərlənirik. Azərbaycanın güclü olması ilə biz də güclü
oluruq".
Millət vəkili valiyə "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası"
kitabının da müəllifi olduğunu və kitabın növbəti hissəsələrində
Sivasın da yer alacağını bildirib və onu ölkəmizə dəvət edib. Sivas
valisi Alim Barut Azərbaycana səfər etməkdən böyük sevinc
duyacağını deyib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha
da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə
Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri arasında da
bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edərək
Azərbaycanla Sivas arasında əlaqələrinin daha da güclənməsinin də
çox mühüm olduğunu dilə gətirib:
"Azərbaycanın bir çox şəhərləri və bələdiyyələri Türkiyənin şəhər
və bələdiyyələri ilə qardaşlaşıblar. Sivasın da Azərbaycanın hər
hansı bölgəsi ilə qardaşlaşması bu baxımdan önəmlidir. Burada
Cumhiriyyet Universitetində xeyli sayda gənclərimiz təhsil alır.
Biz inanırıq ki, siz onların ortaya çıxan məsələ və problemlərinin
həllində bu günə qədər olduğu kimi bundan sonra da hər zaman diqqət
və qayğı ilə yanaşacaqsınız və bunun üçün sizı təşəkkürümüzü
bildiririk".
Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Sivas valisinə özünün
müəllifi olduğu kitablarla yanaşı Azərbaycanın tarixi, mədəniyyəti,
Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən kitabları, matreialları ,
rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nin
hazırladığı "Azərbaycan Həqiqətləri" sənədli filmlər kataloqunu və
Azərbaycan bayrağı hədiyyə edib. Sivas valise Alim Barut da millət
vəkili Qənirə Paşayeva Sivasla bağlı materiallar, kitablar hədiyyə
edib.
Tarix
2015.04.11 / 21:14
|
Müəllif
Axar.az
|