Yuxarı

Çavuşoğlu: “Papanın heç bir hökmü yoxdur”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çavuşoğlu: “Papanın heç bir hökmü yoxdur”

"Soyqırım hüquqi bir anlayışdır və Türkiyəyə qarşı bu iddialar tamamilə böhtandan ibarətdir".

Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu çıxış edib. Nazir Roma Papasının qondarma erməni soyqırımını tanımasına sərt şəkildə münasibət bildirib:

"Həm Papanın, həm də erməni rəsmilərinin açıqlamaları tarixi həqiqətlərlə uzlaşmır. Papa Fransisk dünənki açıqlamasında təəssüf ki, ayrı-seçkilik etdi. Türklərə və müsəlmanlara qarşı törədilən qətliamları görməzlikdən gəldi. Məsələn, Bosniya və Ruanda hadisələri beynəlxalq məhkəmələr tərəfindən soyqırım olaraq qəbul edilib, Papa isə bunlara kütləvi qırğın deyir. Lakin beynəlxalq aləmdə tanınmayan 1915-ci il hadisələriylə bağlı "soyqırım" ifadəsini işlədir. Burada ziddiyyət və ayrı-seçkilik var. Hər şeydən əvvəl din adamının, xüsusilə son illərdə artan irqçilik, ayrı-seçkilik fonunda, sülh və qardaşlıq mesajı verməsi lazım idi. Soyqırım hüquqi bir anlayışdır və Türkiyəyə qarşı bu iddialar tamamilə böhtandan ibarətdir. Papanın bu yanaşması Türkiyə və türk milləti üçün yox hökmündədir".

Qeyd edək ki, ötən gün Roma Papası Fransisk Vatikanda keçirilən mərasimdə "əsrin ilk soyqırımı ermənilərə qarşı həyata keçirildi" demişdi.

Tarix
2015.04.13 / 17:10
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Almaniya "Nardaran ssenarisi" ilə üzləşir - İranın “dini kanton” planı

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla