Yuxarı

SOCAR-ın qalib olduğu tender niyə təsdiqlənmədi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR-ın qalib olduğu tender niyə təsdiqlənmədi?

DESFA-nın səhmlərinin Azərbaycan şirkəti tərəfindən alınması inzibati yolla əngəllənib. Əslində, bunun səbəbləri bəllidir. Ölkə başçısının da qeyd etdiyi kimi, Ermənistanla Yunanıstan arasında bu gün münasibətlər daha sıxdır. Eyni zamanda bu ölkələr arasında silah satışı da həyata keçirilir. Bu qərarın verilməsində Ermənistanın rolunun olması danılmazdır.

Bu sözləri Axar.az-a iqtisadçı alim, millət vəkili Vüqar Bayramov Prezident İlham Əliyevin sentyabrın 2-də Yunanıstanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edən zaman səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Yunanıstanın əvvəlki hakimiyyəti Azərbaycanla münasibətlərə lazımi önəmi vermədi:

“Halbuki bu gün Avropa ölkələri üçün Cənubi Qafqazda ən etibarlı tərəfdaş Azərbaycandır. Eyni zamanda Azərbaycan bir sıra Avropa ölkələri üçün strateji müttəfiqdir.

Bu gün Yunanıstanla əməkdaşlığımıza mənfi təsir göstərən bir neçə məsələ var. Onlardan biri də Yunanıstanın qaz şirkəti DESFA ilə əlaqədardır. SOCAR Yunanıstan hökumətinin müraciəti əsasında DESFA-nı almaq üçün tenderə qoşuldu. Lakin daha sonra şirkətin alğı-satqı prosesi dayandırıldı. Halbuki ölkə başçısının da dediyi kimi, Yunanıstanın sabiq Baş naziri cənab Samaras şəxsən özü bunu xahiş etmişdi.

Yunanıstan Azərbaycan üçün bu gün əsas iqtisadi tərəfdaşlardan biridir. Eyni zamanda Cənub Qaz Dəhlizinin Yunanıstan üzərindən keçərək Avropaya ötürüləcəyini nəzərə alsaq, SOCAR-ın DESFA-nın səhmlərini alması iqtisadi baxımdan rentabelli idi. Lakin çox təəssüf ki, SOCAR açıq rəqabətli tenderdə qalib gəlməsinə baxmayaraq, biz Yunanıstan hökuməti ilə, eyni zamanda Avropa Komissiyası tərəfindən həmin nəticələrin təsdiq olunmadığını müşahidə etdik. Halbuki SOCAR ilkin ödəniş etmişdi. Təəssüf ki, bu hal həm Yunanıstan, həm də Avropa Komissiyasına olan inamı aşağı salır. Çünki əgər tender açıq və rəqabətli olubsa, onun qalibinin nəticələri tanınmalı idi. Şübhəsiz ki, bu qərarın verilməsində siyasi proseslər rol oynayıb”.

Tarix
2020.09.04 / 08:30
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Prezidentin Almaniya səfəri ilə bağlı - Video

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

Tramp münaqişəyə son qoydu, Bakı dərhal addım atdı

Azərbaycan Almaniyaya qaz ixracı həcmini artıra bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla