Yuxarı

İrəvan Türkiyəyə qarşı fəallaşdı: müdaxilə etməliyik - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:00

Mnatsakanyanın Misirə səfərinin əsas məqsədi rəsmi Qahirəni Ankaraya qarşı birlikdə hərəkət etməyə inandırmaqdır. Azərbaycan Ermənistanın bu kimi cəhdlərinə səssiz qalmamalıdır. Nəzərə almaq lazımdır ki, iki dövlət arasında xarici siyasətdə fərqli maraqlar da var. Məsələn, Türkiyənin Misirlə yanaşı İsrail, Səudiyyə Ərəbistanı, Fransa və Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətləri gərgindir. Bunu Ermənistan da yaxşı bilir. Bu mənada rəsmi Bakı diplomatik nüfuzundan istifadə edərək Ermənistanın Türkiyəyə qarşı yönələn məkrli siyasətinin qarşısını ala bilər.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın Misirə səfəri çərçivəsində səsləndirdiyi fikirləri şərh edərkən deyib.

O qeyd edib ki, Ermənistan Cənubi Qafqazda günü-gündən güclənən Türkiyə-Azərbaycan hərbi-siyasi ittifaqına cavab olaraq, rəsmi Ankaraya qarşı olan ölkələrlə birlikdə hərəkət etmək istəyir:

“Mnatsakanyanın Şimali Afrika səfərinə Misirdən başlamasının səbəbi bəllidir. Bildiyiniz kimi, uzun müddətdir Misirlə Türkiyə arasında münasibətlər soyuqdur. Xüsusilə də rəsmi Ankaranın Misirin hərbi çevrilişlə hakimiyyətə gələn lideri Əbdülfəttah Sisinin hakimiyyətini tanımaması və Ərəb baharı zamanı müxalifləri dəstəkləməsi münasibətlərin soyumasının başlıca səbəbidir. Erməni nazir də bundan istifadə edərək Misirə dəstək ifadə etmək üçün Qahirəyə yola düşüb.

Mnatsakanyanın xüsusilə Misirə səfər etməsi bundan sonra Türkiyə əleyhinə siyasət yürüdən digər dövlətlərə - Cənubi Kiprə, Yunanıstana və Fransaya da səfər edəcəyinin siqnalını verir. Faktiki olaraq Ermənistan Türkiyəyə qarşı “düşmənimin düşməni mənim dostumdur” şəklində bir xarici siyasət aparır.

Təsadüfi deyil ki, erməni nazir Şərqi Aralıq dənizində Yunan Kiprinin, Yunanıstanın və Misirin mövqelərini müdafiə etdiklərini vurğulayıb. Məlumdur ki, adı çəkilən ölkələr Türkiyənin Şərqi Aralıq dənizində kəşfiyyat işlərinə mane olmağa çalışırlar”.

Politoloq vurğulayıb ki, Azərbaycan Ermənistanın onsuz da pis olan Türkiyə-Misir münasibətlərini daha da pisləşdirmə cəhdinin qarşısını ala bilər:

“Düşünürəm, Azərbaycan Ermənistanın bu və bu kimi diplomatik təxribatlarının qarşısını almalıdır. Məsələ ondadır ki, rəsmi Bakı Misir və Türkiyənin münasibətlərinin yenidən bərpası üçün tərəfləri uzlaşdıra bilər. Çünki bu gün Misir-Azərbaycan münasibətləri uğurlu şəkildə inkişaf edir. Bu mənada Azərbaycan diplomatik nüfuzundan istifadə edərək, müsəlman ölkəsi olan Misirin Türkiyə ilə münasibətlərini yenidən yaxşılaşdıraraq, Ermənistanın diplomatik təxribat cəhdlərini neytrallaşdıra bilər. Nəzərə alaq ki, Misir-Türkiyə danışıqlarının da aparıldığı haqda qeyri-rəsmi məlumatlar var. Bakı bu danışıqlara ciddi töhfə verə bilər. Ehtimal ki, Mnatsakanyan ağalarının təlimatı ilə bu danışıqların uğurla nəticələnməməsi üçün Qahirədədir. Misir Qafqazın ən qüdrətli müsəlman dövləti Azərbaycanla əlaqələri qoruyub saxlamaqda maraqlıdır, nəinki heç bir iqtisadi-siyasi perspektivi olmayan xristian Ermənistanla. Bu məqamlardan istifadə edə bilərik və Ermənistanın diplomatik cəhdlərinə zərbə endirə bilərik”.

Tarix
2020.09.17 / 10:41
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla