Yuxarı

Dağıstanda saxlanılan azərbaycanlıların durumu...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Rusiyadakı səfirliyi bu ilin iyunun 15-də Dağıstanda saxlanılan azərbaycanlıların durumu barədə açıqlama yayıb.

Səfirlikdən Axar.az-a verilən məlumata görə, cari il sentyabrın 2-3-də konsul, müşavir Toğrul Sadıqov və konsulluğun üçüncü katibi Müsənnif Dadaşov Dağıstanda baş vermiş məlum insident nəticəsində saxlanılan Azərbaycan Respublikasının vətəndaşları ilə görüşmək üçün Dərbənd şəhərinə ezam olunublar. Onlar Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Dağıstan Respublikası üzrə idarəsinin 2 nömrəli İstintaq Təcridxanasında saxlanılan 7 nəfər vətəndaşımız - Əziz Fərəczadə, Rövşən Hüseynov, Elmar Musayev, Emin İmaməliyev, Tural Qiyasov, Nahid Ağayev və Elbrus Əhmədovla görüşüblər.

Bütün görüşlərdə vətəndaşlarımız saxlanma şəraitlərinin qənaətbəxş olduğunu, vəkilləri ilə mütəmadi görüşə bildiklərini və sağlamlıqları ilə bağlı şikayətlərinin olmadığını bildiriblər. Səfirliyin əməkdaşları tərəfindən isə məsələnin diqqət mərkəzində saxlanıldığı, vətəndaşlarımızın lazımi hüquqi yardımla təmin olunacağı və hazırda bu istiqamətdə müvafiq işlərin davam etdirildiyi barədə həmyerlilərimizə məlumat verilib.

Səfirlik tərəfindən həmyerlilərimizin hüquqlarının qorunması məqsədilə Dağıstanda çalışan vəkil R.Rabadanov cəlb olunub. Ona təcridxanada saxlanılan 10 nəfərin ibtidai istintaqı zamanı hüquqlarının qorunması tapşırılıb. Görülmüş işlər nəticəsində İstintaq Təcridxanasında saxlanılanlardan Əziz Fərəczadə, Elmar Musayev, Emin İmaməliyev və Elbrus Əhmədov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Təcridxanada qalan digər üç nəfər - Rövşən Hüseynov, Tural Qiyasov və Nahid Ağayevin işi də səfirliyin və vəkilin diqqətindədir. Onların hüquqlarının təmin edilməsi istiqamətində bütün lazımi tədbirlər görülür.

Vəkil Murad Vəlixanov iyul ayında səfirliyə müraciət edərək həmyerlilərimizi müdafiə etmək təşəbbüsünü irəli sürüb, saxlanılan şəxslərlə bağlı müvafiq sənədlərin ona verilməsini xahiş edib. Bu təşəbbüs dəstəklənib və vəkilə lazımi sənədlər təqdim olunub.

Səfirliyin sentyabrın 17-də yayılmış məlumatında qeyd edildiyi kimi, Moskva şəhərinin Troitsk rayon məhkəməsində keçirilmiş iclasda Azərbaycan Respublikasının dörd vətəndaşı elə məhkəmə zalından buraxılıb və onlardan Moskva şəhərini tərk etməmək haqqında yazılı iltizam götürülüb.

Diqqətə çatdırmaq istəyirik ki, səfirlik öz imkanları və səlahiyyətləri çərçivəsində vətəndaşlarımızın hüquqlarının qorunması üçün bütün mümkün addımları atır. Görülmüş hər bir iş, atılmış addımlar barəsində də KİV-ə məlumat verilməsini məqsədəuyğun hesab etmir. Bu kimi həssas, insan taleyinə aid mövzulara toxunarkən, ictimaiyyətə həqiqəti əks etdirən dolğun məlumat vermək üçün səfirliyin mətbuat xidməti KİV nümayəndələri ilə əməkdaşlığa hər zaman açıqdır”.

Tarix
2020.09.23 / 12:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əskipara qəribə durum: evinin yarısı Azərbaycana düşür - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla