Yuxarı

İstanbuldakı konsulumuz: Çoxsaylı müraciətlər var

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağda döyüşmək üçün Türkiyədən Baş konsulluğumuza çoxsaylı müraciətlər daxil olur. Qardaş Türkiyə dövləti və onun vətəndaşları hər zaman olduğu kimi, indi də bizimlə birlik və həmrəylik nümayiş etdirirlər. Onlar Azərbaycanın haqq yolunda olduğunu, artıq 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızı geri qaytarmaq üçün işğalçı Ermənistanla apardığımız mübarizənin şahididirlər.

Axar.az xəbər verir ki, bunu ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva deyib.

Qardaş ölkənin bu dəstəyini yüksək qiymətləndirən baş konsul deyib:

"Azərbaycana xaricdən dəstək o qədər böyükdür ki, buna yalnız minnətdarlığımızı bildirə və hər bir mövzuda qarşılıqlı dəstəyimizi ifadə edə bilərik. Diplomatik nümayəndəliyimizin binasına Türkiyənin dörd bir yanında yaşayan həmvətənlərimizlə yanaşı, Türkiyə gəncləri də gələrək könüllü olaraq Azərbaycan Ordusuna yazılmaq istəyirlər. Bir neçə gün ərzində çox sayda insan konsulluq binasına gəlib. Zəng edən, sevinc və dəstək hisslərini bizimlə bölüşənlərin də sayı çoxdur. Azərbaycanın ordu sıralarına qoşulmaq üçün müraciət edənlərin sayı artıq 200-ü ötüb. Biz bunu çox yüksək qiymətləndiririk və eyni zamanda, bu həssas məqamda daha diqqətli olmağın və mövcud vəziyyətə anlayışla yanaşmanın məsuliyyətini dərk edirik. Vətəni qorumaq üçün nümayiş olunan vətənpərvərlik və həmrəylik hissləri bizi sevindirir və qürurlandırır. Fürsətdən istifadə edib bu gün dünyanın hər yerində birlik və həmrəylik nümayiş etdirən bütün həmvətənlərimizə, o cümlədən Azərbaycanı dəstəkləyən hər kəsə təşəkkürümüzü bildiririk”.

Tarix
2020.09.30 / 21:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla