Axar.az
Yuxarı

Ordumuzun uğurları Gürcüstan mediasını zəbt etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın nüfuzlu report.ge portalı Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Ermənistan silahlı qüvvələri torpaqlarımızdan çıxarıldıqdan sonra sülh danışıqlarına başlamaq olar” adlı məqaləsini dərc edib.

Axar.az xəbər verir ki, report.ge, 24news.ge, newsday.ge, interpressnews.ge xəbər portallarında Ermənistan silahlı qüvvələrinin cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycanın mülki əhalisinə və hərbi mövqelərinə qarşı genişmiqyaslı hücumu nəticəsində yaranmış vəziyyət, eləcə də Azərbaycan rəsmilərinin bəyanatları və Azərbaycan Ordusunun cəbhədəki uğurları barədə silsilə materiallar dərc olunub.

Həmin materiallar oxuculara Azərbaycan, rus, ingilis və gürcü dillərində foto və videolarla təqdim olunur.

Materiallarda Azərbaycan Ordusunun apardığı qətiyyətli əks-hücum əməliyyatının cəbhənin bütün istiqamətlərində uğurla davam etdiyi, Ermənistan ordusundan fərqli olaraq Azərbaycan Ordusunun mülki əhaliyə deyil, yalnız hərbi obyektlərə zərbələr endirdiyi, Azərbaycan Ordusunun düşmən işğalı altında olan Hadrut yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının qərargahına, onun tabeliyində olan 1-ci motoatıcı alayının infrastrukturuna və Xocavənddəki 3-cü motoatıcı alayın qərargahına atəş zərbələri endirdiyi xüsusi qeyd olunur.

Oxuculara təqdim olunan videolarda düşmən texnikasının necə darmadağın edildiyi, eləcə də erməni cəlladların atdığı top mərmiləri nəticəsində mülki əhali arasında ölənlərin və dağıntıların olması əksini tapıb.

Tarix
2020.10.01 / 23:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Norveç Azərbaycanla razılaşdı: Parlamentdə görüş olacaq

Bayraqdardan Azərbaycana: Cansan can...

Bizim çox əhəmiyyətli nailiyyətlərimiz var - Prezident

Paşinyanın qızı rusları belə təhqir edir - Foto

Erməninin 19 hərbçisini məhv edən Araz... - Video

Ukraynadakı azərbaycanlılar seçkilərdə namizəd oldu

Bakının da mövqeyinin yayılması ədalətli olardı - Lamber

Düşmənin döyüş texnikaları məhv edildi - Video

15 yaşınadək uşaqların əsgər kimi işə götürülməsi... - Hacıyev

Düşmən Naftalan və Füzuliyə "Smerç"lər atdı - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla