Yuxarı

Paşinyan üçün yeganə çıxış yolu...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağda işğalçını sülhə məcbur etmək əhəmiliyyatlarının 21-ci günündə düşmənin müqaviməti tam tükəndi. 21 gün öncə - sentyabrın 27-də Azərbaycan Ordusu erməni hərbi birləşmələrinin mülki əhalini atəşə tutmasına cavab olaraq başlatdığı əks-hücum əməliyyatları üç istiqamətdə davam edir: şimal, mərkəz və cənub.

Üç cəbhədən həyata keçirilən əməliyyatlar müasir müharibə tarixinə qızıl hərflərlə yazıldı. Əməliyyatlar hələ başa çatmasa da, beynəlxalq ekspertlər və hərb cameəsi Azərbaycan Ordusunun döyüş taktikasının gələcək müharibələrə baxışı dəyişdirdiyini deyirlər.

ABŞ ordusu Qarabağda baş verən döyüşlərdə Azərbayan Ordusunun PUA-lardan necə istifadə etməsini və əməliyyat-taktiki gedişlərini öyrənəcək. Bu ölkənin Baş Qərargah rəisi, general James Makkonvill “Army Times” qəzetinə müsahibəsində deyib: “Dağlıq Qarabağdakı qarşıdurma zamanı pilotsuz uçan aparatların (PUA) aktiv istifadəsi Amerika Silahlı Qüvvələrinin modernləşdirilməsinin zəruriliyini, o cümlədən hava hücumundan müdafiə sistemlərinin inkişafının vacibliyini göstərir”.

Azərbaycan faktiki olaraq müasir müharibədə nümunə yaradır. İşğal altındakı ərazilərin azad olunması istiqamətində aparılan hərbi əməliyyatları iki istiqamətdə - havadan və qurudan həyata keçirilir. Bu klassik üslubdur, lakin hava və quru istiqamətdə qüvvələrin harmoniyası və zərbələrin dəqiqliyi tamam fərqli mənzərə ortaya çıxarır.

PUA-lar və artilleriya düşmənin dərinliklərdəki qüvvələrini və hərbi texnikasını məhv edir, beləliklə, piyada qoşunlarının önünü açır. Dronlardan effektiv istifadə düşmənin hərbi texnikasının istifadəsini tamamilə məhdudlaşdırdı. Bu, həm də ordumuzun daha az itki ilə daha böyük nailiyyət əldə etməsinə hesablanıb.

Təmas xəttini dağıdan Azərbaycan Ordusunun üç istiqamətdə hücuma keçməsi düşmənin qüvvələrini parçaladı, lakin bu, həm də işğalçı ordunu mühasirəyə almaq, çəmbəri daraldaraq, təslim olmağa məcbur etmək, son nəticədə işğala son qoymaq gedişidir.

Diqqətçəkən əsas məqamlardan biri də ordumuzun strateji yüksəklikləri nəzarətə götürməsi və düşməni geriyə çəkilməyə məcbur etməsidir.

Bu hərbi strategiya 21 gündə işğalçı ölkənin 30 illik “güclü ordu” mifini alt-üst etdi: 234 tank məhv edilib, 36 tank ələ keçirilib; 49 hərbi avtomobil məhv edilib, 24-ü ələ keçirilib; 16 ədəd özüyeriyən artilleriya qurğusu, 190 müxtəlif çaplı top, 2 “Uraqan” sistemi , 1 TOS odsaçan, 2 “Elbrus” əməliyyat taktiki raket kompleksi, 1 “Toçka-U”, 35 OSA zenit raket kompleksi, 3 TOR zenit-raket kompleksi, 5 ədəd KUB və “Kruq” zenit raket kompleksi, 9 radioelektron mübarizə sistemləri 9, 2 S-300 zenit raket kompleksi, 196 yük avtomobili məhv edilib, 98 yük avtomobili ələ keçirilib. Düşmənin canlı qüvvə itkisinin sayı minlərlədir.

Cəmi üç həftəyə Cəbrayıl və Füzuli şəhərləri, strateji əhəmiyyətə malik Hadrut və Suqovuşan qəsəbələri də daxil olmaqla 61 yaşayış məntəqəsi azad olunub.

Cəbrayılın azad olunması cənubda Araz boyu istiqamətində ordumuzun yolunu açdı;

Hadrutun azad olunması ilə Dağlıq Qarabağın inzibati ərazisinə daxil olduq və Azərbaycan əsgəri masada 30 ildir mövcud olan şərtləri alt-üst etdi, indiyə qədər irəli sürülən ətraf rayonlar təklifini arxivə göndərdi;

Murov yüksəkliyinin azad olunması ordumuzun Kəlbəcər istiqamətində yolunu açdı və düşməni şimaldan mühasirəyə saldı;

Və nəhayət, Füzulinin azad olunması ilə işğalçı Ermənistanın müqaviməti qırıldı. Dünənə qədər “Azərbaycana bir qarış torpaq da verməyəcəyik” deyən erməni baş nazir Nikol Paşinyan indi Prezident İlham Əliyevlə danışıqlara getmək üçün dəridən-qabıqdan çıxır. Çünki döyüşməyə nə ordusu, nə silahı, nə iqtisadi imkanları, nə də siyasi iradəsi qalıb.

“Biz sizin üçün top yemi deyilik...”.

Hakimiyyətin təbliğatına aldanaraq, könüllü kimi döyüşə qatılanlar komandirlərinə belə etiraz edir və qaçırlar.

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrutun Ovannisyanın fərarilik edən hərbiçilərə “kişi olun, qaçmayın” çağırışı da düşmənin düşdüyü vəziyyəti göstərir. Təkcə ötən gecə 5-ci dağ atıcılıq alayının 1-ci batalyonunun 300 hərbiçisi böyük miqdarda hərbi texnikanı, ölü və yaralıları qoyaraq qaçıb.

Döyüşmək üçün könüllü gələn erməni əsilli Fransa vətəndaşı Artur Ohannisyan deyir: “Aviasiya və artilleriyaya qarşı avtomatla nə edə bilərik? Mən orada diri meyit kimiyəm. Gözümün önündə öldü. Minlərlə ölü var. Gülləkeçirməyən jiletlər tamamilə yararsızdır. Orada heç bir şey yoxdur. Yemək gəlir, maşın yolda hər şeyi boşaldır. Yemək istəyirsənsə, “Qrad” atəşi altında 4 kilometr piyada getməlisən”.

Rusiyanın “znak.com” saytının reportyoru yazır ki, ermənilər döyüşmək istəmir: “Hərbçilərdən biri Xankəndidə sığınacaqda oturanlara irad bildirir: “Nə oturmusuz burada? Durun cəbhəyə gedin, orada əməlli-başlı qırğındı, bizi havadan vururlar, artilleriya ilə darmadağın edirlər. Minlərlə ölü var”.

Ermənistan Hökumət Aparatının Vətəndaşların qəbulu və müraciətlərinin müzakirəsi idarəsinin müdiri Aleksandr Qazaryanın 5 oktyabr 2020-ci il tarixdə Ermənistan müdafiə nazirinə göndərdiyi məktubda deyilir: “Baş nazirin tapşırığı ilə Qarabağda ölmüş əsgərlərin cəsədləri Gorus şəhərinə gətirilib. Ancaq indi onların şəxsiyyətini müəyyənləşdirmək mümkünsüzdür. Artıq onların İrəvan şəhərinə gətirilməsi barədə qərar qəbul edilib. Sizdən xahiş edirəm, ölmüş əsgərlərin ailələrinə bu barədə hər hansı məlumat verməyəsiniz. Əgər biz onların şəxsiyyətini aydınlaşdırsaq, bu barədə sizə məlumat verəcəyik. Həmin zamana qədər hər gün 100 cəsəd göndərin. Bu məsələ barədə hərbi qulluqçular məlumatlandırılmamalıdır. Baş nazirin göstərişi ilə daşınmanı polis həyata keçirəcək”.

Erməni mənbələrində və sosial şəbəkələrin erməni seqmentində yayılan məlumatlarda isə 5 minə yaxın erməni zabit və əsgərin yoxa çıxdığı, onlar haqqında məlumat almağın mümkün olmadığı qeyd olunur.

Bu vəziyyət Ermənistan daxilində narazılığı artırır. Əsgər valideynləri və zabitlərin yaxınları yaxınlarının taleyinin necə olduğunu öyrənmək üçün hərbi çağırış məntəqələrinin qarşısını kəsir, hakimiyyətdən hesabat tələb edirlər. Bununla yanaşı, gənclər hərbi xidmətdən boyun qaçırır, səfərbərlik çağırışlarına məhəl qoymur, valideynlər də müxtəlif yollarla övladlarını ordudan yayındırırlar.

A.Ovannisyanın “İrəvanda maşınlara bayraq asaraq və vətənpərvərlik mahnıları oxuyaraq, qələbəni yaxınlaşdırmırsınız. Silah götürün və irəli gedin” çağırışı da göstərir ki, işğalçı ölkə döyüşmək üçün canlı qüvvə tapımır.

Hərbi əməliyyatlardan öncə ciddi sosial-iqtisadi böhranla üzləşən Ermənistanın hərbi cəbhədə məğlubiyyəti hakimiyyətin sonunu yaxınlaşdırır. Artıq müxalif qüvvələr gizli toplantı keçirərək, birgə hərəkət etmək qərarına gəliblər.

Daşnaksütyun Partiyasının liderlərindən İşxan Saqatelyan bildirib ki, “partiyaları artıq müstəsna həmrəylik və birlik nümayiş etdirirlər”.

Onlar Nikol Paşinyanın qarşısında konkret tələblər irəli sürüblər.

“Hərbi-siyasi məsələlərin operativ idarə edilməsi üçün qərar qəbul etmək, əməliyyat tədbirləri planlaşdırmaq və koordinasiya etmək üçün səlahiyyəti olan xüsusi dövlət qurumu yaradılsın. Bu qurumda Ermənistanın keçmiş və indiki prezidentəri, baş nazirləri, xarici işlər və müdafiə nazirləri təmsil olunsun” – tələbdə deylir.

Bu, “Qarabağ klanı”nın yenidən hakimiyyəti ələ almaq planıdır. Nikol Paşinyan çətin vəziyyətə düşüb. Çünki bu tələblə razılaşmamaq, məğlubiyyətin məsuliyyətini təkbaşına daşımaq deməkdir, nəticədə hakimiyyətlə vidalaşmalı olacaq. Razılaşsa da “Qarabağ klanı” onu taxtından endirəcək.

Bu situasiyada Paşinyanın yeganə yolu Azərbaycanın işğal olunmuş ərazilərin azad olunması üçün irəli sürdüyü şərtləri qəbul etməkdir. Bununla həm hakimiyyətini qoruya, həm də itkilərinin qarşısını ala bilər.

Artıq Ermənistanın baş nazirinin Azərbaycan Prezidenti İlham Əliyevlə təmas qurmaq üçün müxtəlif yollara əl atdığı, vasitəçilər tapmağa çalışdığı haqda məlumatlar var. Nikol Paşinyan Prezident İlham Əliyevin irəli sürdüyü bütün şərtləri qəbul etməyə, erməni hərbi birləşmələrini işğal olunmuş ərazilərdən çıxarmağa hazır olduğuna dair mesajlar ötürür. Bunun əksi onun üçün siyasi intihar deməkdir.

Bütün hallarda proses Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə nticələnəcək.

Tarix
2020.10.17 / 20:39
Müəllif
Asif Nərimanlı
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla