Yuxarı

Düşmən Qubadlı istiqamətlərində geri çəkilib - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Düşmən Qubadlı istiqamətlərində geri çəkilib - Video

Oktyabrın 20-i gün ərzində və 21-ə keçən gecə cəbhənin Ağdərə, Füzuli- Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək geri çəkilməyə məcbur edilib.

5-ci dağatıcı alayın müdafiə sahəsində düşmənin mövqeləri ələ keçirilib, çoxlu sayda silah və sursat qənimət götürülüb. Alayın artilleriya rəisi, artilleriya divizion komandiri və 4-cü taborunun komandiri taborunun şəxsi heyəti ilə birlikdə məhv edilib.

6-cı və 7-ci dağatıcı alayların müdafiə sahələrində düşmən bölmələrinin şəxsi heyəti arasında ölən və yaralananlar var. Məhv edilənlər arasında alay komandirinin müavini Vahan Sarkisyan da var.

Döyüşlərdə 3 ədəd artilleriya qurğusu, bir necə minaatan, şəxsi heyətlə birlikdə 3 ədəd yük avtomobili sıradan çıxarılıb.

Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.

Tarix
2020.10.21 / 08:50
Müəllif
Axar.az
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla