Yuxarı

Moskva ilə Bakını rəqabət gözləyir: Kim daha tez... - Kuznetsov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskva ilə Bakını rəqabət gözləyir: Kim daha tez... - Kuznetsov

Nəzarətsiz sərhəd silahlardan, narkotiklərdən, qiymətli metallardan, nadir heyvanlardan tutmuş insan alverinə qədər beynəlxalq qaçaqmalçılıq üçün ideal yer idi. Bu kimi cinayətlərə görə bəzi ölkələrdə ölüm hökmü kimi ağır cəzalar tətbiq edilir. Amma tranzit sahiblərinə böyük mənfəət qazandıran “qanuni qaçaqmalçılıq” da var - məsələn, püstə və ya üzümün sərhəddən keçirilməsi...

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı tarixçi-qafqazşünas Oleq Kuznetsov Azərbaycan Ordusunun Qarabağın cənubundakı İranla sərhədini tam nəzarətə götürməsi barədə danışkən deyib.

“Bir sərhədçi kimi Azərbaycan Silahlı Qüvvələrinin dövlət sərhədi xəttinə çıxması mənim üçün bayram və doğma yurda qayıdış faktıdır”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, müxtəlif qiymətləndirmələrə əsasən, qondarma “dqr”ə hər ay qaçaqmalçılıqdan əldə olunan 400 milyon ABŞ dollarına qədər vəsait daxil olub, indi isə həmin gəlir mənbəyi artıq yoxdur:

“Bundan başqa, kriminal aləmdə nəyisə fors-majorun üstünə atmaq mümkün deyil. Onlar biznes zamanəti ilə hesablaşmalı olacaqlar. Əgər Azərbaycan Ordusu narkotik partiyasını əlinə keçirsə, kriminal sxemdə kiminsə bəxti gətirməyəcək. Kəlbəcər yolundakı tıxacda yoxsul Qarabağ kəndlilərinin dayandığını düşünənlər çox böyük səhv edirlər, orada hər iki nəfərdən biri müharibənin tələsinə düşmüş mafiozdur”.

Ekspert, həmçinin qeyd edib ki, İrəvan özünü ödəmə qabiliyyəti olmayan tərəfdaş kimi göstərib və Rusiya sərhədçiləri bu gün artıq Ermənistanın sərhədlərini öz nəzarəti altına götürüblər:

“Ölkə Rusiya qaydalarına uyğun qanuna tabelilik vəziyyətinə gətiriləcək. Bu halda Rusiyanın Azərbaycanla rəqabəti maraqlı olacaq – kim daha tez bərpa edəcək: Azərbaycan Qarabağı, yoxsa Rusiya Ermənistanı”.

Tarix
2020.10.25 / 10:00
Müəllif
Əli, Fatimə
Digər xəbərlər

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla