Yuxarı

Qalın Obraynla ermənilərin geri çəkilməsini müzakirə etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qalın Obraynla ermənilərin geri çəkilməsini müzakirə etdi

Türkiyə Prezidentinin müşaviri İbrahim Qalınla ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayn arasında telefon danışığı olub.

Axar.az xəbər verir ki, telefon danışığında Dağlıq Qarabağ münaqişəsi başda olmaqla Suriya və regional məsələlər, təhlükəsizlik üzrə əməkdaşlıq, ikitərəfli əlaqələr ətrafında müzakirələr aparılıb.

Söhbət əsnasında Qarabağ probleminin diplomatik yolla həllinin araşdırılmasının əhəmiyyətindən bəhs olunub, Ermənistan tərəfinin atəşkəsi pozması və mülki Azərbaycan əhalisini hədəf almaqla etdiyi hücumların beynəlxalq hüquqa zidd və qəbuledilməz olduğu vurğulanıb.

Həmçinin uzunmüddətli sülhün bərqərar olması üçün Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf ərazilərdən tamamilə çəkilməsi bir daha bildirilib.

Azərbaycanın ərazi bütünlüyünün bərpası istiqamətində beynəlxalq ictimaiyyətin BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərarları çərçivəsində gerçək addımlar atmasının vacibliyi vurğulanıb.

Eyni zamanda Suriyanın İdlib bölgəsində son vaxtlar rejim və tərəfdarlarının artan hücumlarının narahatlıq mənbəyi olduğuna diqqət çəkilib. Yeni böhranların ortaya çıxmaması üçün 5 mart tarixli anlaşmanın qorunması və bu razılıq çərçivəsində siyasi həll prosesinin dəstəklənməsi məqsədəuyğun hesab olunub.

Tarix
2020.10.27 / 05:24
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla