Yuxarı

Polşada da erməni təcavüzündən danışıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polşada da erməni təcavüzündən danışıldı

Xaricdə fəaliyyət göstərən Azərbaycan diasporunun təmsilçiləri Ermənistanın ölkəmizə qarşı hərbi təxribatlar törətməsi nəticəsində baş verən proseslər barədə yaşadıqları ölkələrin kütləvi informasiya vasitələrini məlumatlandırmaqda davam edirlər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a verilən məlumata əsasən, Polşadakı Azərbaycan Evinin rəhbəri Lalə Zeynalova bu ölkənin ingilisdilli “ANews” televiziyasına və “Wnet” radiosuna müsahibəsində Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən, bununla əlaqədar Katovitsedə yaşanan insidentdən danışıb.

Azərbaycan Evinin rəhbəri qeyd edib ki, sentyabrın 27-dən işğalçı Ermənistanın bütün cəbhəboyu ölkəmizə qarşı genişmiqyaslı hücum etməsinə, təmas xəttindən uzaqda yerləşən mülki infrastrukturu ağır artilleriya atəşinə tutmasına cavab olaraq Azərbaycan Ordusu əks-hücuma keçib və 27 il işğal altında qalan torpaqlarımızı azad etməyə başlayıb.

Soydaşımız xatırladıb ki, oktyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə tərəflər arasında əldə olunan humanitar atəşkəs Ermənistan tərəfindən 3 dəfə - oktyabrın 11-i, 17-si və 25-də kobud şəkildə pozulub. Cəbhə zonasından kənarda yerləşən Gəncə şəhərinin yaşayış massivinə raket zərbələri endirilib və mülki şəxslərə qarşı amansız terror aktları həyata keçirilib. Nəticədə 25 nəfər həyatını itirib, çox sayda insan yaralanıb. Onların arasında uşaqlar, yeniyetmələr və hər iki valideynini itirən körpələr var. “Dünya ictimaiyyətini və beynəlxalq təşkilatları təcavüzkar siyasətini dayandırması, Azərbaycanın işğal olunmuş ərazilərini dərhal azad etməsi, beynəlxalq hüquq normalarına uyğun davranması üçün Ermənistan hökumətinə təsir göstərməyə çağırırıq”, - deyə L.Zeynalova vurğulayıb.

“Wnet” radiosunda Ermənistanın Polşadakı səfiri Samvel Mkrtıçyana opponentlik edən Azərbaycan Evinin rəhbəri bildirib ki, Katovitse şəhərindəki teatr binasının qarşısında azərbaycanlıların icazəli aksiyası zamanı ermənilərin təxribat törətməsi Ermənistanın təcavüzkar və terrorçu siyasətinin növbəti təzahürüdür.

Tarix
2020.10.29 / 23:13
Müəllif
Axar.az
Digər xəbərlər

Qazaxıstanla ticarət dövriyyəmiz 547 milyon dollara çatıb

Xəzərin dibi ilə fiber-optik rabitə xətlərinin çəkilməsi...

Təəssüf ki, o vaxtdan bəri vəziyyət daha da pisləşib...

Azərbaycan və Qazaxıstan strateji müttəfiqdir

Kilsə ilə savaş: Paşinyanın planı budur

Xudafərin körpüsünün işğaldan azad olunmasından 5 il ötür

Bakıda ikinci Katolik Kilsəsi tikiləcək - Mehriban Əliyeva

Ramiz Mehdiyevin kürəkəninin bahalı avtomobilləri - Foto

Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət...

Bu ölkə Bakıya köçürdüyü səfirliyini Tehrana qaytarır

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla