Yuxarı

Qarabağdakı erməni muzdlularla bağlı növbəti fakt - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın hərbi-siyasi hakimiyyətinin, o cümlədən baş nazir Nikol Paşinyanın dəfələrlə təkzib etmələrinə baxmayaraq, işğalçı ölkənin ikinci Qarabağ müharibəsində əcnəbi muzdlulardan, o cümlədən terrorçulardan istifadə etməsinə dair yeni-yeni faktlar ortaya çıxmaqdadır.

Axar.az xəbər verir ki, ayrı-ayrı ölkələrin ekspertləri, jurnalistləri sosial şəbəkələrdəki hesablarında Ermənistan ordusunun hərbi əməliyyatlara xaricdən cəlb etdiyi muzdlulara dair faktlar - məlumatlar, fotolar paylaşırlar.

Əcnəbi jurnalist, hüquq müdafiəçisi, sosial şəbəkələr üzrə ekspert Asaad Hanna özünün Tvitterdəki hesabında Suriyadan Dağlıq Qarabağa cəlb edilmiş 3 döyüşçünün fotolarını paylaşaraq onların adlarını açıqlayıb. “Hələbdən olan suriyalı 3 oğlan – Harut, Haqop və Musek Azərbaycana qarşı döyüşərək həlak olublar”, - deyə o Tvitterdəki hesabında yazıb.

Suriyalı siyasi şərhçi Kevork Almasyan da özünün Tvitterdəki hesabında bu ərəb respublikasından bir neçə döyüşçünün Qarabağ müharibəsində öldürüldüyünü açıqlayıb. O, əcnəbi döyüşçülər barədə faktları – fotoları və adları da təqdim edib.

“Suriya Erməni İnqilab Federasiyası yaxın vaxtlarda həlak olmuş üç əsgərə - Harut Panoyana, Haqop Astaryana və Musek Seklemyana ağlayır”, - deyə o, sosial şəbəkədəki hesabında yazıb.

Bütün bunlar, habelə digər faktlar sübut edir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi öz ordusunun Qarabağda döyüşə bilməməsi səbəbindən Azərbaycanın işğal olunmuş ərazilərinə Suriyadan və digər ölkələrdən muzdlular cəlb edib. Halbuki rəsmi İrəvan məhz Bakını Qarabağa əcnəbi muzdlular cəlb etməkdə ittiham edirdi. Məqsəd aydındır – Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən muzdlu döyüşçülərdən, terrorçulardan istifadə kimi hərbi cinayətləri ört-basdır etmək.

Tarix
2020.11.15 / 10:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla