Yuxarı

Azərbaycan heç vaxt bununla barışmayıb - Avstraliya KİV-i

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyanın “The Sydney Morning Herald” qəzetində Ermənistanın Azərbaycan ərazilərində törətdiyi ekoloji terrorla bağlı məqalə dərc olunub.

Axar.az xəbər verir ki, məqalədə bildirilir ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları sənədə əsasən, Azərbaycan noyabrın 15-də nəzarətə almalı olduğu Kəlbəcər rayonundan ermənilərin çıxması müddətini 10 gün artırdığı halda, ermənilər evləri, meşələri yandıraraq ekoloji terror törədirlər.

Məqalədə xatırladılır ki, üçtərəfli sənədə əsasən Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf ərazilər uğrunda altı həftə davam etmiş müharibə dayandırılıb. Azərbaycan Ermənistan tərəfindən ötən əsrin 90-cı illərinin əvvəllərində işğal edilmiş əraziləri dekabrın 1-dək öz nəzarətinə götürməlidir. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevə istinadla bildirilir ki, ilkin olaraq Kəlbəcər rayonunun Azərbaycanın nəzarətinə qaytarılması razılaşdırılsa da, Ermənistan tərəfinin xahişi ilə bu müddət noyabrın 25-dək uzadılıb. Bunun əvəzində isə ermənilər tərk etməli olduqları evlərə od vururlar: “Ermənilər ətraf mühitə və mülki obyektlərə böyük zərər vururlar. Vurulan ekoloji zərərin, ekoloji terrorun qarşısı alınmalıdır”.

Məqalədə vurğulanır ki, 1994-cü ilədək Kəlbəcərdə yalnız azərbaycanlılar yaşayıblar. Lakin sonradan ermənilər silah gücünə bu əraziləri işğal ediblər. Azərbaycan heç vaxt bu işğalla barışmayıb.

Məqalədə Qarabağın tarixi Azərbaycan torpağı olması, 1991-1994-cü illərdə baş vermiş I Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edildiyi qeyd olunub. Həmin döyüşlər zamanı 30 min nəfərin həlak olduğu, 100 minlərlə insanın məcburi köçkünə çevrildiyi vurğulanıb.

Sentyabrın 27-də Ermənistan ordusu tərəfindən törədilən növbəti təxribata cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin tezliklə böyük zəfər qazandığı və Qarabağın strateji şəhəri sayılan Şuşanı azad etdiyi də yazıda əksini tapıb.

Tarix
2020.11.20 / 01:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla