Axar.az
Yuxarı

Axar.Az Logo

Bu dəfə müharibə Ermənistan üçün... – “Yerusəlim Post”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda Azərbaycanın Dağlıq Qarabağda erməni işğalçılarına qarşı apardığı müharibə rəsmi Bakının böyük qələbəsi ilə nəticələndi. Bu münasibətlə bir çox sosial şəbəkə istifadəçiləri Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı İsrail bayrağının da fotoşəklini paylaşıblar.

Axar.az xəbər verir ki, israilli hərbi ekspert Set Fransman bu barədə İsrailin nüfuzlu ingilisdilli “Yerusəlim Post” qəzetində dərc edilmiş “Müharibədə qələbə ilə əlaqədar Azərbaycanda İsrail bayraqları qaldırılıb. Münasibətlər bundan sonra da inkişaf edəcəkmi?” sərlövhəli məqaləsində yazır.

Türkiyənin Bakının hərbi səylərini dəstəklədiyini bildirən məqalə müəllifi vurğulayır:

“Azərbaycan uzun illər ərzində İsraildən pilotsuz uçuş aparatları və müxtəlif növ silah-sursat alıb. Məhz bu nöqteyi-nəzərdən İsrailə Azərbaycanın strateji tərəfdaşı kimi baxılır. Bu, onu göstərir ki, strateji münasibətlər indi inkişaf edə və möhkəmlənə bilər.

Son onilliklər rəsmi Bakı ordunu yaxşılaşdıraraq və möhkəmləndirərək, özünün hərbi və texnoloji imkanlarını artırmağa çalışıb, düşmənin tanklarını və artilleriyasını məhv etməkdən ötrü texnologiyalardan - bir növ ani hərbi-hava qüvvələri qismində müasir dronlardan və pilotsuz uçuş aparatlarından istifadəyə səy göstərib. Bütün bunlar elə baş verdi ki, Bakı uğurla və effektli şəkildə hərəkət edərək Ermənistanın işğalçı qüvvələrinin zirehli tank bölmələrinə sarsılmaz və ağır zərbələr endirdi”.

Set Fransman vurğulayır ki, 1990-cı illərdə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu işğal edib və bu region özünün qondarma “müstəqilliyini” elan edib və bununla da özünü dünya birliyi tərəfindən qəbul edilməyən kiçik dövlətlərə oxşadıb:

“Müxtəlif beynəlxalq təşkilatlar bu münaqişəni həll etməyə cəhd göstərsələr də, münaqişə nizamlanmayıb.

Bu dəfə müharibə Ermənistan üçün ciddi məğlubiyyətə çevrildi. Noyabrın ilk həftəsində işğalçı qüvvələr ciddi itkilər verdilər. Müharibə başlandıqdan 44 gün sonra Rusiyanın vasitəçiliyi ilə imzalanan razılaşmaya müvafiq olaraq, Rusiya ordusu regionda özünün sülhməramlı qüvvələrini yerləşdirdi, ermənilər isə Azərbaycanın işğal altında olan ərazisinin böyük hissəsini tərk etdilər”.

İndi sual yaranır, rəsmi Bakının İsrail ilə münasibətləri möhkəmlənəcəkmi?

İsrailli hərbi ekspert deyir ki, İsrail və Azərbaycan bir neçə ümumi maraqlara sahibdirlər, onlardan biri enerjidaşıyıcıları ticarəti və müdafiə sənayesidir:

“İsrailin texnologiya sahəsində əməkdaşlıq baxımından Bakıya təklif edəcəyi çox şey var.

Bakıda İsrail bayraqlarının dalğalanması Azərbaycanın bu ölkəyə açıqlığının təzahürüdür. İsraildə Azərbaycan diasporunun Azərbaycana dəstək mitinqləri də keçirilib. Xarici siyasət strategiyası sübut edib ki, Azərbaycan İsrail üçün strateji cəhətdən mühüm ölkədir”.

Tarix
2020.11.25 / 15:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Tankçılar Həzi Aslanovun ata ocağını ziyarət etdi - Foto

Baş nazir xəbərdarlıq etdi: Şişirdilmiş qiymətlər...

Qarabağa qaytarılan ermənilərin sayı 51 mini ötdü

Baş nazir: Azad olunmuş ərazilərdə islahatlar olacaq

Əsədovdan antikorrupsiya tədbirləri ilə bağlı açıqlama

Prezidentdən Lütfü Zadə ilə bağlı - Qərar

Ermənilərin AŞPA-da təxribat cəhdi iflasa uğradı - Seyidov

Bakını qələbə münasibəti ilə hansı ölkələr təbrik edib?

Ölkəmizdə koronaya yoluxma sayında kəskin azalma

“Artsax” öldü, artıq leşdir: əl çəkin leşdən – Karamyan

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla