Yuxarı

Rusiya Kiyevi niyə gəmi əleyhinə raketlərlə vurur?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Kiyevi niyə gəmi əleyhinə raketlərlə vurur?

Rusiya Kiyevə “Oniks” raketləri ilə zərbələr endirir. Məqsəd gələcək hücumlar üçün ballistik raket ehtiyatı toplamaq və bu silahların istifadəsinə qənaət etməkdir.

Axar.az xəbər verir ki, bu barədə aviasiya üzrə ukraynalı ekspert Boqdan Dolintse bildirib.

“Oniks” - səsdən sürətli raketdir, ballistik deyil. Lakin eyni zamanda çox yüksək sürətlə uçur. Bu da belə raketlərin ələ keçirilməsini adi ballistik raketlərin vurulması ilə müqayisəolunacaq dərəcədə çətinləşdirir”, - o deyib.

Ekspertin sözlərinə görə, vəziyyəti daha da çətinləşdirən amil bu raketlərin çox alçaq hündürlükdə uçması və relyefi dolanmaq qabiliyyətinə malik olmasıdır. Bu isə onların aşkarlanmasını xeyli çətinləşdirir və nəticədə raketlərin ələ keçirilməsi üçün reaksiya müddətini azaldır.

Dolintse həmçinin qeyd edib ki, bu raketlərin istifadəsi bir neçə amillə bağlıdır:

“İlk növbədə, Rusiyanın anbarlarında “Oniks” raketlərinin sayı ballistik raketlərin sayından əhəmiyyətli dərəcədə çox olub. Buna görə də düşmən bu yolla məhz ballistik raketlərdən istifadəyə olan yükü azalda bilər.

İkincisi, Rusiya hələ yayın əvvəlində “Oniks” raketlərinin buraxılması üçün istifadə olunan “Bastion” sahil müdafiə komplekslərinin buraxılış qurğularını Kursk və Bryansk vilayətlərinə yerləşdirib”.

Tarix
2026.09.19 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla