Yuxarı

Ordumuz qızıl yatağına niyə girdi? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ordumuz qızıl yatağına niyə girdi? – Şərh

İşğaldan azad olunan ərazilərimizdə baş verənləri hamımız maraqla izləyirik. Media, xüsusən də əcnəbi və erməni mediasında, sosial şəbəkələrdə Ordumuzla bağlı yayılan xəbərlər, fotolar, videolar qürurvericidir.

Bu sözləri Axar.az-a açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı Ordumuzun Zod-Söyüdlü qızıl mədənindən düşmənin işğalçı qüvvələrini çıxarmasını şərh edərkən deyib.

O bildirib ki, bu xəbərlər sülhməramlıların fəaliyyəti, ermənilərlə birgəyaşayışın perspektivləri yönündə nigarançılıq keçirən insanlarımızın suallarına da tutarlı cavabdır:

“Hamımıza maraqlıydı ki, Kəlbəcərdəki qızıl yataqları ilə bağlı problem necə həll olunacaq. Dünən biz işğaldan azad edilən Kəlbəcərdə Ordumuz tərəfindən demarkasiya işlərinin aparılmasıyla bağlı xəbərlərlə tanış olduq. Və bu xəbərləri erməni mediası yaydı. Reallıq odur ki, Azərbaycan Ordusunun qarşısında heç bir “sərhəd qapısı” bağlı qala bilməz. Xüsusən də o “qapı” bizim ərazimizdə qurulursa. Biz bunu 44 günlük Vətən müharibəsində Ordumuzun düşmənin çoxsaylı müdafiə xətlərini yarması fonunda da görmüşük və bir daha Kəlbəcərdə ermənilərin bizə məxsus torpaqlarda asdığı darvazanın taybatay açılmasıyla şahidi olduq. Azərbaycan qarış-qarış da olsa, özünün olan hər şeyi almaq qüdrətindədir və alır”.

Politoloq bildirib ki, düşmən Zod-Söyüdlü qızıl mədəni ərazisində özünə sərf edəcək yerdə bir qapı qoymuşdu:

“Lakin düşmənin Kəlbəcərdə bağladığı qapıları əsgərlərimiz taybatay açdı. Hər kəs bunu bilsin, biz ərazi bütövlüyümüzü bərpa edirik, torpaqlarımızı sonuncu qarışınadək alırıq, alacağıq! Kəlbəcər də digər rayonlarımız kimi Azərbaycan üçün təkcə mənəvi baxımdan deyil, həm də iqtisadi potensialı baxımdan böyük önəm daşıyan rayondur. Bu mənada düşmənə heç bir halda güzəşt edilməyəcək”.

Politoloqun sözlərinə görə, Ermənistan mediası Azərbaycan hərbçilərinin erməniləri Zod-Söyüdlü qızıl mədənindən çıxardığını yazır:

“Məsələ belədir ki, ermənilər Kəlbəcərin işğalından sonra “dövlət sərhədini” dəyişdirərək, qızıl yatağını “Ermənistan ərazisinə daxil ediblər”. Məqsəd bu olub ki, nə vaxtsa Kəlbəcəri qaytarmalı olsalar, yataq onlarda qalsın.

Azərbaycan da beynəlxalq hüquq tərəfindən tanınmış dövlət sərhədinə uyğun olaraq ermənilərin qanunsuz qurduğu “sərhəd qapısını” keçərək, real sərhədi bərpa edib. Bu, “qızıl yatağımız Ermənistanda qaldı” məsələsinin həlli deməkdir. Bu həm də o deməkdir ki, müharibə bitməyib. Sadəcə, formasını dəyişib və daha geniş miqyas alıb. Biz ərazi bütövlüyümüz uğrunda nəinki Ermənistanla, bütün ermənipərəst qüvvələrlə məsələlərimizi həll etmək iqtidarındayıq. Ən başlıcası isə Azərbaycan torpaqlarında Azərbaycan qanunları işləyir və qeyd-şərtsiz hər kəs bu qanunlara tabedir. Buna şahidlik etmək, xüsusən də düşmən tərəfdən bunun etirafını eşitmək çox sevindiricidir”.

Tarix
2020.11.27 / 22:29
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü

İlham Əliyev Gürcüstan səfirliyində: başsağlığı verdi - Foto

Ruttedən Azərbaycan açıqlaması: Mühüm addım idi...

Azərbaycan üzərindən tranzit... - Qriqoryan

Rusiyanın İrana yardım qatarı Astaraya çatdı - Video

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla