Yuxarı

Ordumuza Rusiyadan yardım gəldi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ordumuza Rusiyadan yardım gəldi - Foto

Rusiya-Türkiyə humanitar konvoyu Beyləqan rayonunun Daşburun kəndinə çatıb. Azərbaycan Ordusuna veriləcək yardımın tərkibində ayaqqabı, isti yorğan, əlcək və digər fərdi ləvazimatlar mövcuddur.

Axar.az xəbər verir ki, humanitar yardımın təşkilatçıları tanınmış iqtisadçı Şəmistan Əliyev və rusiyalı politoloq və qafqazşünas Oleq Kuznetsovdur.

Bundan əlavə, humanitar konvoyun göndərilməsi zamanı Azərbaycan əsilli rusiyalı biznesmen İlqar Məmmədov böyük təşkilati və logistika yardımı göstərib. Prosesə Əli Kılıç başda olmaqla, Türkiyənin Maltəpə bələdiyyəsi administrasiyası da cəlb edilib.

Sözügedən humanitar yardım hazırda Azərbaycan hərbi komandanlığının nümayəndələrinə təhvil verilir, lazım olan qəbul-təhvil sənədləri rəsmiləşdirilir.

“Şəmistan Əliyevin qeyd etdiyi kimi, biz çox gözəl başa düşürük ki, Azərbaycan Ordusunun heç nəyə ehtiyacı yoxdur, ordu siyasi rəhbərliyin və hərbi komandanlığın daimi himayəsi, qayğısı altındadır. Bununla belə, biz bu addımı Rusiya ərazisində Azərbaycanın taleyinə laqeyd yanaşmayan insanların olduğunu göstərmək üçün atmışıq. Azərbaycanda formalaşan “Rusiya vətəndaşları erməniləri dəstəkləyir” stereotipini qırmaq niyyətindəyik. Rusiya, Türkiyə və Azərbaycanın Qafqaz regionunda siyasi və hərbi-siyasi yaxınlaşmasına son dərəcə mənfi yanaşan müasir Rusiya KİV-inin açıqlamadığı bu üç ölkənin vətəndaşlarının ortaq cəhətlərinin nə qədər çox olduğunu göstərməyə yönələn jestimiz bizim üçün prinsipial mənəvi və psixoloji əhəmiyyətə malikdir”, - deyə Oleq Kuznetsov bildirib.

Tarix
2020.11.28 / 13:52
Müəllif
Əli, Fatimə
Digər xəbərlər

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla